Slimfit
  1. İQTİSADİYYAT

Novak: “Aprel neft bazarı tarixində ən pis ay oldu”

Novak: “Aprel neft bazarı tarixində ən pis ay oldu”
Sakura

Novak: “Aprel neft bazarı tarixində ən pis ay oldu”

Qlobal neft bazarı, bərpa əlamətlərinə baxmayaraq hələ də həssasdır, buna görə OPEC + sazişinin bütün iştirakçıları tərəfindən tam şəkildə yerinə yetirilməsi tələb olunur.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak OPEC + nazirlərinin görüşü zamanı deyib. Nazirin sözlərinə görə, aprel, yəqin ki, neft bazarı üçün ən pis ay idi, amma karantin tədbirlərinin mərhələli yüngülləşdirilməsi və qismən iqtisadiyyatın bərpası neftə olan təlabatın bərpasına gəlib çıxartdı.

“Ancaq bazarın hələ də həssas bir vəziyyətdə olduğunu və dəstəyə ehtiyacı olduğunu qeyd etmək lazımdır. Buna görə, bu gün, mənim fikrimcə, bütün iştirakçı ölkələrin üzərinə götürdüyü öhdəliklərin 100% yerinə yetirilməsi hər zamankindən daha vacibdir”, yə A.Novak bildirib.

Qeyd edək ki, OPEC+ ölkələri nazirlərinin bu gün bitən onlayn görüşünün yekunlarına əsasən, neft hasilatın azaldılmasının bir ay - yəni, iyul ayının axırına qədər uzadılması barədə razılığa gəlinib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR