Slimfit
  1. TEXNOLOGİYA

Noutbukun qızmasını necə aradan qaldırmaq olar?

Noutbukun qızmasını necə aradan qaldırmaq olar?
Sakura

Noutbukun qızmasını necə aradan qaldırmaq olar?

"Business Insider" nəşri noutbukların qızması ilə bağlı problemlərin həlli üçün altı üsul açıqlayıb.

Ens.az.ictnews.az-a istinadən bildirir ki, birincisi, ventilyasiya çıxışlarını bağlamamaq lazımdır. Əks halda daxildə hava lazımi şəkildə dövr edə bilməyəcək. Həmçinin ventilyasiya çıxışları ətrafında daha çox boş yer saxlamaq tələb olunur. Daha yaxşı olar ki, işləyən noutbuk düz möhkəm səth üzərinə qoyulsun.  

İkincisi, kənar ventilyator rolunda çıxış edən xüsusi soyutma altlığından istifadə etmək olar. Bununla yanaşı, qeyd olunan qurğunun noutbukun yalnız bayır hissəsini soyudacağını nəzərdə saxlamaq lazımdır.

Üçüncü üsul: qurğunu daha çox yükləyən proqramlardan istifadə edilməməlidir. Belə ki, iritutumlu proseslərin prosessor və digər komponentləri artıq yükləməsi nəticəsində onlar qızmağa başlayırlar.

Növbəti tövsiyə noutbukun ventilyator və ventilyasiya çıxışlarının mütəmadi təmizlənilməsindən ibarətdir. Tozun çox olması qurğu daxilində hava axınlarını bloklayaraq onun qızmasına səbəb ola bilər.

Bundan başqa, qurğu komponentlərinin yükünü və qızma riskini azaltmaq məqsədilə zəruri hallarda noutbukun məhsuldarlıq quraşdırmalarını dəyişmək tələb olunur.

Təklif edilən üsulların ən sonuncusu və ən sadəsi kompüterin soyuması üçün onun müəyyən vaxt ərzində söndürülməsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR