Notr-Damın bərpadan sonra hazır olacağı tarix açıqlandı
Fransada 2019-cu ilin aprelində yanğın nəticəsində yararsız hala düşən Notr-Dam kilsəsinin bərpası pandemiyaya görə mart ayında dayandırılıb.
“Russkaya Gazeta” xəbər verir ki, aprel ayından tikilinin deformasiyaya uğramış hissələrini düzəltmək üçün proses böyük gecikmələrlə davam edir.
Buna əvvəlcə qurğuşun çirklənməsi, sonra pis hava (xüsusilə güclü küləklər), müxtəlif etirazlar, tətillər və əlbəttə ki, koronavirus pandemiyası təhlükəsi səbəb olub.
Fransa Prezidenti Emmanuel Makron məbədin bərpası ilə bağlı bütün şərtlərin yerinə yetiriləcəyinə və 2024-cü ilə qədər Notr-Damın məşhur qülləsinin yenidən ucalacağına inandığını bildirib. Yanaşı olaraq, bir çox mütəxəssis bu müddəti qeyri-mümkün hesab edir.
Qeyd edək ki, Notr-Dam Paris yepiskopu Moris de Sullinin təşəbbüsü ilə 1163-1345-ci illərdə inşa edilib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət