Slimfit
  1. DÜNYA

Notr-Dam kilsəsindəki yanğının səbəbi bəlli oldu

Notr-Dam kilsəsindəki yanğının səbəbi bəlli oldu
Sakura

Notr-Dam kilsəsindəki yanğının səbəbi bəlli oldu

Fransanın paytaxtı Paris şəhərindəki Notr-Dam kilsəsində baş verən yanğının səbəbi məlum olub.

Ölkə.Az” xəbər verir ki, yanğına qısa qapanmanın səbəb olduğu bildirilir.

Fransız polisindən verilən açıqlamaya əsasən, Notr-Dam kilsəsindəki yanğınla bağlı aparılan istintaqın yanğın səbəbinin qısa qapanma olduğunu üzə çıxardığı qeyd edilir. Polis rəsmisi eyni zamanda binanın içində iş aparmağın hələ də çox təhlükəli olduğunu və təhlükəsizlik səbəbi ilə girişə icazə verilmədiyini də bildirib.

 “Le Parisien” qəzeti də dünən təhlükəsizlik mənbələrinə istinadən xəbər yayaraq bildirmişdi ki, bərpa işlərində istifadə edilən mexanizmalarda yaranana qısa qapanma yanğına səbəb olub.

Qeyd edək ki, XII əsrdə inşa edilən Notr-Dam kilsəsi bazar ertəsi yanmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR