Slimfit
  1. DÜNYA

Norveçli alim: “Koronavirusu amerikalılar və çinlilər yaradıb”

Norveçli alim: “Koronavirusu amerikalılar və çinlilər yaradıb”
Sakura

Norveçli alim: “Koronavirusu amerikalılar və çinlilər yaradıb”

Koronavirusun səthindəki genetik ardıcıllıqlar onun təbii mənşəli olmadığını, Çin və ABŞ alimləri tərəfindən hazırlandığını göstərir.

NRK xəbər verir ki, bu barədə norveçli vaksinoloq Birger Sörensen açıqlama verib.

Alimin rəyini Böyük Britaniya kəşfiyyat idarəsinin sabiq rəhbəri Riçard Dirlav da dəstəkləyib.

 

“Quarterly Review of Biophysics” nəşrində dərc olunan yeni araşdırmada B.Sörensen sübut etməyə çalışır ki, koronavirusun quruluşundakı tikanabənzər zülalların ardıcıllığı onların süni yolla virusa yerləşdirildiyini deməyə əsas verir.

Həmçinin, alim virusun insanlar arasında yayılmağa başlamasından bəri mutasiyaya uğramadığını iddia edir. Bu isə COVID-19-un əvvəlcədən insanlara uyğunlaşdırıldığını deməyə əsas verir.

B.Sörensen iddia edir ki, bu, viruslar üçün qeyri-adi haldır.

Norveçli alim virusun atipik pnevmoniya virusundan çox fərqli olduğunu və əvvəllər təbiətdə aşkar edilmədiyini vurğulayıb.

“Biz virusu texniki olaraq təsvir etsək, təbii ki, bunun təbii inkişafın nəticəsi olmadığını görərik. Onu amerikalılar və çinlilər “funksiya əldə olunmaqla yaranan mutasiya” adlandırdıqları araşdırma çərçivəsində istehsal ediblər.

Bu cür tədqiqatlar bütün dünyada aparılır. Heç kim bu barədə danışmır, lakin qabaqcıl laboratoriyalarda həmin işlər daim inkişaf etdirilir”, - deyə B.Sörensen bildirib.

Böyük Britaniyanın kəşfiyyat idarəsinin 1999-2004-cü illərdə rəhbəri olmuş Riçard Dirlav  “Telegraph” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, bəzi alimlərin araşdırmaları pandemiyanın laboratoriyada meydana gələ biləcəyini sübut edir:

“Düşünürəm ki, hər şey bədbəxt hadisə nəticəsində başladı. Sual yaranır, Çin buna görə məsuliyyəti öz üzərinə götürərək təzminat ödəyəcəkmi? Hesab edirəm ki, bütün ölkələr Çinə və onun rəhbərliyinə münasibətlərini yenidən nəzərdən keçirməli olacaqlar”.

Məlumat üçün qeyd edək ki, son məlumatlara əsasən, dünyada 7 323 803 nəfərdə koronavirus aşkar edilib. Virusdan 413 733 nəfər ölüb, 3 603 991 nəfər sağalıb.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR