Slimfit
  1. DÜNYA

Norveçdə elektromobillərin satışı kəskin artıb

Norveçdə elektromobillərin satışı kəskin artıb
Sakura

Norveçdə elektromobillərin satışı kəskin artıb

2019-cu ilin birinci yarısında Norveçdə satılan yeni avtomobillərin təqribən yarısı tam olaraq elektrik mühərrikləri ilə təmin olunub.

AZƏRTAC bu barədə Norveç KİV-nə istinadla xəbər verir. Qeyd olunur ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə elektromobillərin satışında kəskin artım müşahidə olunub. Norveç Yol Federasiyasının statistik məlumatlarına görə, indiyədək bütün yeni avtomobillərin 48,4 faizi elektromobillər olub ki, bu da 2018-ci ilin bütün ayları ilə müqayisədə çoxdur. Bu, neft ölkəsi olan Norveçi əhalinin hər nəfərinə görə satılan elektrik avtomobilləri üzrə dünya liderinə çevirib.

Norveç Krallığının iri neft-qaz istehsalçısı və ixracatçısı olmasına baxmayaraq, bu ölkə növbəti onilliyin ortalarında öz daxili bazarında dizel və benzin motorlarının satışını dayandırmaq istəyir. Bunun əvəzinə əhaliyə alternativlər, ilk növbədə elektromobillər təklif olunacaq. Bu məqsədlə elektrik avtomobilləri alacaq şəxslərə vergi güzəştləri, pulsuz parkinq də nəzərdə tutulub. Bundan başqa, həmin avtomobillərin sahibləri ekologiya vergisindən də azad ediləcək. Bütün bu tədbirlər bazarda elektrik avtomobilləri təklif edən Tesla, Nissan, Hyundai kimi şirkətlərin satışlarını artırıb. Bunun əksinə olaraq, Ford və Mercedes-Benz Daimler şirkətlərinin satışları düşüb. Lakin onlar da yaxın vaxtlarda Norveç bazarında elektromobillər təklif edəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Norveç Yol Federasiyasının məlumatına görə, Tesla şirkətinin 3-cü modeli bu ölkədə ən çox satılan avtomobil olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR