Dərc edildi: Baxış sayı: 302
Norveç parlamentində bomba həyəcanı
Norveç parlamentində bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Ens.az 525.az-a istinadən xəbər verir ki,polisə yerli vaxtla saat 10:00-da parlamentə qarşı bomba təhlükəsi barədə məlumat verilib. Parlamentin fəaliyyəti dayandırılarkən, binanın boşaldılması barədə göstəriş verilib. Xəbərdarlıqdan sonra polis hadisə yerinə gedib, parlament binasının giriş-çıxışlarını və küçələri bağlayıb.
Qeyd edək ki, bomba təhlükəsinin mənbəyi ilə bağlı açıqlama verilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət