Dərc edildi: Baxış sayı: 426
Norveç kralı xəstəxanaya yerləşdirilib
Norveç kralı V Harald bu gün səhər ambulansla xəstəxanaya çatdırılıb.
“Report” “Express”ə istinadən xəbər verir ki, məlumatı Krallıq Məhkəməsi də təsdiqləyib.
Bildirilib ki, 83 yaşlı dövlət başçısında başgicəllənmə müşahidə olunub: “Onda ciddi bir xəstəlik aşkarlanmayıb. Kralın həftəsonunadək xəstəxanadan buraxılacağı gözlənilir. Əlahəzrət iki həftəlik müddətə səlahiyyətlərini dayandırır. Bu müddət ərzində onun səlahiyyətlərini vəliəhd şahzadə Haakon yerinə yetirəcək”.
Baş nazir Erna Solberq də kralın tezliklə sağalmasını diləyib.
Qeyd edək ki, ötən ilin dekabr ayında kral Harald xəstəxanaya yerləşdirilmiş, yanvarın 15-də isə evə buraxılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət