Slimfit
  1. DÜNYA

Norveç kral ailəsinin üzvü şahzadə titulundan imtina etdi

Norveç kral ailəsinin üzvü şahzadə titulundan imtina etdi
Sakura

Norveç kral ailəsinin üzvü şahzadə titulundan imtina etdi

Norveç kralı V Haraldın qızı Marta Luiza əsl sevgisi ilə tanış olduğunu söyləyib. Bu sevgi onun həyatını tamamilə dəyişib. 

Hər şey yarım il öncə, sevgilisi ilə birlikdə insanlara rahatlıq bəxş etməyə yardım göstərmək qərarına gəldiyi zamandan başlayıb. İndi Norveç şahzadəsi "Özünüzü necə tanıya bilərsiniz" mövzusunda mühazirələr deyir, müxtəlif seminarlar keçirir.

Öz titulundan ticari məqsədlərlə istifadə etdiyi üçün o, digər şahzadələri qəzəbləndirib.

Tənqidlərə tuş gələn Marta məsələyə bu cür şərh verib: "Bundan öncə Şahzadə titulundan istifadə etdiyim üçün üzr istəyirəm. Səhv etmişəm. Başa düşürəm ki, titulumdan bu cür sui-istifadə kənardan təxribat kimi görünür. Bütün bu müzakirələri ciddi qəbul etdim və ailəmlə məsləhətləşdikdən sonra həyatımda dəyişiklik etmək qərarına gəldim".

İndi Marta yalnız öz adı altında seminarlar keçirir, rəsmi görüşlərdə isə kral ailəsi üzvü titulundan istifadə etmək hüququnu qoruyur.

Qeyd edək ki, Marta Luiza qardaşı və qardaşının iki övladından sonra Norveç taxtının varislik xətti üzrə dördüncü yeri tutur. Marta 2002-2016-cı illərdə şair Ari Beno ilə evli olub. Cütlüyün bu nikahdan üç qız övladı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR