Slimfit
  1. CƏMİYYƏT

Nömrəsiz avtomobil sürən qazini hava limanına buraxmadılar

Nömrəsiz avtomobil sürən qazini hava limanına buraxmadılar
Sakura

Nömrəsiz avtomobil sürən qazini hava limanına buraxmadılar

Avtomobili dövlət nömrə nişanı olmadan idarə etmək qanunla qadağandır. Buna baxmayaraq sürücülər arasında maşını nömrəsiz sürənlər az deyil. Adətən bunu qayda pozuntularından yayınmaq, yaxud qəzaya səbəb olduqları zaman tapılmamaq üçün bu xətanı törədirlər. Saxlanıldıqları zaman isə “oğurlayıblar”, “itirmişəm”, “istifadəyə yararsızdır” kimi müxtəlif bəhanələr gətirirlər. Söylədiklərində həqiqət payı olsa belə, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan sürmək qanuna ziddir.

Təəssüf ki, avtomobili nömrəsiz idarə edənlər arasında Vətən müharibəsi iştirakçıları xüsusi yer tutur. Onların bir qismi qazi adından faydalanaraq istənilən qaydanı poza biləcəklərini düşünürlər. Cərimələndiklərində isə söydədikləri bir ifadə var: “Mən qaziyəm”. Lakin hər kəs qanun qarşısında bərabər hüquqa malikdir.

Ens.az xəbər verir ki, məsələylə avtosfer-ə bildirilib ki, xoşagəlməz hadisə fevralın 20-si axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq hava limanının girişində qeydə alınıb.

Fotoşəkildən göründüyü kimi, “Naz Lifan” markalı maşının sürücüsü nəqliyyat vasitəsini nömrəsiz idarə edir. İzləyici bildirib ki, avtomobili dövlət nömrə nişanı olmadan sürdüyü üçün onun aeroporta girişi məhdudlaşdırlıb. Nömrəsiz nəqliyyat vasitələrinin girişinə icazə verilmədiyi qeyd olunduqda isə sürücü, qazi olduğunu vurğulayıb. Mübahisə etməyə başlayan qazi bir müddət sonra ərazidən uzaqlaşıb. Səbəb isə hava limanına giriş zamanı orada parklanma üçün qeydiyyatın aparılmasıdır. Belə ki, hava limanına daxil olan avtomobillərin nömrələri xüsusi texniki vasitə ilə sistemə vurulur və sürücüyə müvafiq kart təqdim olunur. Bu həm təhlükəsizlik, həm də parklanmaya görə ödəniş edilməsi üçün zəruridir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR