Slimfit
  1. CƏMİYYƏT

"Nömrənizə səhvən köçürmə etmişəm" deyən fırıldaqçılardan qorunmaq üçün ekspert tövsiyyələri...

"Nömrənizə səhvən köçürmə etmişəm" deyən fırıldaqçılardan qorunmaq üçün ekspert tövsiyyələri...
Sakura

"Nömrənizə səhvən köçürmə etmişəm" deyən fırıldaqçılardan qorunmaq üçün ekspert tövsiyyələri...

Son zamanlar Azərbaycanda telefon fırıldaqçılığı hallarına daha tez-tez rast gəlinir. 051 prefiksi ilə başlayan nömrələrdən nömrənizin balansınıza köçürmə edildiyini bildirən SMS mesajları gəlir, bundan dərhal sonra həmin vəsaiti balansa köçürən nömrə istifadəçiyə zəng edir və pulun səhvən göndərildiyini, geri qaytarılmalı olduğunu bildirir. İstifadəçiyə bank kart nömrəsi göndərilir və bu tələyə düşənlər həmin karta köçürmə edirlər.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu barədə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov öz fikirlərini bölüşüb:

“Bu cür vəziyyətlərdə sayıqlığı əldən verməmək lazımdır və əgər şübhəniz varsa, təkrarən yoxlamalısınız. Üstəlik, müasir texnologiyalar balansınıza məbləğ yüklənən zaman sizə bildirişlər almağa imkan verir. Bütün mobil operatorların mobil tətbiqi var, həmçinin zəng edib birbaşa operatorlardan da öyrənə bilərsiniz ki, fırıldaqçıların qurbanı olmayasınız”.

Telefon fırıldaqçılığından qorunmaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edir:

    hər hansı zəng və mesaj zamanı, hətta dostlardan gəlsə belə, ayıq-sayıq olun: şübhəniz varsa, başqa rabitə kanalı vasitəsilə təkrar yoxlamaq və aydınlaşdırmaq daha yaxşı olar;

    konfidensial məlumatları, o cümlədən hesabın loqin və şifrələrini, SMS və “push” bildirişlərindən gələn kodları, bank kartı rekvizitlərini, PİN kodlarını telefonla heç kimə ötürməyin;

    təcili nəyisə etməli olduğunuz barədə tələblərdən ehtiyatlı olun: bu, saxtakarlığın əsas əlamətlərindən biridir. Söhbət vacib bir məsələdən getsə belə, məlumatları təkrar yoxlamaq daha yaxşıdır, məsələn, şəxsən bank filialı ilə əlaqə saxlayın. Emosional təzyiq altındasınızsa, sizi qorxutmaq istəyirlər, ehtiyatlı olmalısınız;

    e-poçtdan, messencerlərdən və ya SMS mesajlarından gələn şübhəli linklərə keçid etməyin;

    telefon fırıldaqlarından və spamdan qorunmaq üçün daxil olan zəngin arzuolunmaz olduğunu bildirən xüsusi həllərdən istifadə edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR