Slimfit
  1. MEDİA

Nokia 9 Bazardüzü zirvəsinə yürüşdə test edilib

Nokia 9 Bazardüzü zirvəsinə yürüşdə test edilib
Sakura

Nokia 9 Bazardüzü zirvəsinə yürüşdə test edilib

Ens.az xəbər verir ki, 5-7 iyul 2019-cu il tarixlərində Bazardüzü zirvəsinə yürüş edilmişdir. Bazardüzü Baş Qafqaz silsiləsində - Azərbaycan Respublikası ilə Dağıstan sərhəddində yerləşir və Azərbaycanın ən hündür zirvəsidir. Dəniz səviyyəsindən yüksəkliyi 4466 metrdir. 5 iyul tarixində Xınalıqda gecələdikdən sonra, 6 iyul tarixində Xınalıq-Şahyaylaq istiqamətində gedilmişdir və 3300 metr yüksəklikdə düşərgə salınmışır.

Yürüş iştirakçıları 7 iyul tarixində gecə saat 3-də zirvəyə yürüşə başlamışdır və saat 09:30-da zirvəyə çatmağa nail olmuşdur. Hava zirvəyə qalxarkən dumanlı-buludlu idi, zirvəyə çatınca isə hava dəyişdi, qar yağmağa başladı, dumanlı qarlı hava şəraitində zirvədən düşərgəyə eniş həyata keçirildi. Düşərgədə isə yağış yağırdı.

Beləliklə 4 fəslin bir arada yaşandığı yürüş uğurla sonlanmışdır və Baku Electronics MMC şirkətinin əməkdaşı  və fotorəssam Cəfərov Zamin Azərbaycanın və Baku Electronics MMC-nin bayrağını Azərbaycanın ən hündür zirvəsində dalğalandırmışdır. Zirvə yürüşündə yeni Nokia 9 mobil cihazının çəkilişi, detalların dəqiqliyi, Nokia 9 modelini digər qurğulardan fərqləndirən əsas xüsusiyyətlər ekstrimal hava şəraitində və fərqli atmosferdə Cəfərov Zamin tərəfindən test edilmişdir. Peşəkar foto kameralara ən yaxın bir cihaz olan Nokia 9 modeli digər qurğulardan çəkdiyi fotoda detalların keyfiyyətinə və dəqiqliyinə görə tam fərqlənir.

Yürüşə bələdçilik edən Mürsəl Qasımova, Baku Electronics MMC və Mobitelə xüsusi, həmçinin yürüş iştirakçılarına ümumi pozitiv əhval-ruhiyyə və birliyinə görə minnətdarlıq bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR