Slimfit
  1. ARAŞDIRMA

Nobel Sülh mükafatçısı: Kasıbçılığın günahkarı kapitalizmdir

Nobel Sülh mükafatçısı: Kasıbçılığın günahkarı kapitalizmdir
Sakura

Nobel Sülh mükafatçısı: Kasıbçılığın günahkarı kapitalizmdir

Yoxsulluğun yayılmasında müasir iqtisadi sistem günahkardır.

RBK xəbər verir ki, bunu Nobel Sülh mükafatının sahibi Məhəmməd Yunis deyib.

Nobel mükafatçısı bildirib ki, kapitalizmdə insanı acgözlük marağı hərəkətə gətirir:

“Və bütün sistem bu inamdan çıxış edərək qurulur. İnsanın digərlərinin qayğısına qalmaq xüsusiyyəti ciddi qəbul edilmir”.

Onun sözlərinə görə, kapitalizm sistemi dərin böhran yaşayır: “Bu sistem həm inkişaf etməkdə olan, həm də qabaqcıl ölkələrdə yoxsulluğa səbəb olur. Kasıbçılığın səbəbi yaşadığımız kapitalizm sistemidir. O, kənardan boynumuza qoyulub, insanların özləri yaratmayıb”.

Banqladeşli M.Yunis qeyd edib ki, yoxsulluğa qalib gəlmək üçün kapitalizmin özünü düzəltmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR