Slimfit
  1. MEDİA

“Nobel qardaşlarının ilk uğuru” filmi ABŞ-da “Accolade Global Film Yarışması”da Fəxri Sertifikatına layiq görülüb

“Nobel qardaşlarının ilk uğuru” filmi ABŞ-da “Accolade Global Film Yarışması”da Fəxri Sertifikatına layiq görülüb
Sakura

“Nobel qardaşlarının ilk uğuru” filmi ABŞ-da “Accolade Global Film Yarışması”da Fəxri Sertifikatına…

“Nobel qardaşlarının ilk uğuru” filmi ABŞ-da Fəxri Sertifikatına layiq görülüb.   

  Ekran əsəri bütün mərhələləri keçərək “Ən yaxşı sənədli filmi” kateqoriyası üzrə mükafa layiq görülüb.     

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş dünyada böyük marağa səbəb olan “ “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi digər ölkələrin filmləri ilə mübarizə aparacaq. “2019-un ən Nüfuzlu və bənzərsiz “Accolade Qlobal Film Yarışmasın”da Ekran əsəri bütün mərhələləri keçərək “Ən yaxşı sənədli filmi” kateqoriyası üzrə mükafata layiq görülüb.  

 “Accolade Global Film Yarışmasın”da yüksək keyfiyyətli filmlər və yeni media işi istehsal edən rejissorların uğurlarını təqdir edir. Bu isə rejissorların etibarlılıq və populyarlıq qazanmalarına kömək etmək niyyəti daşıyır. Qaliblər 44000+ e-poçt sənayesi mütəxəssislərinin, habelə əlavə beynəlxalq media qurumlarının məlumat bazasında elan olunur.

2003-cü ildə qurulan “Accolade Global Film Yarışması” hazırda 16-cı ildir ki, sənayedə yüksək səviyyəli, nüfuzlu qlobal film yarışması kimi tanınıb. “Accolade Qlobal Film Yarışması” istedadlı rejissorlara, prodüserlərə, aktyorlara və yaradıcı kollektivlərə layiq olduqları qiyməti verir.  

C.Qasımovun sözlərinə görə, “Accolade Qlobal Film Yarışması” film, yeni və eksperimental media, televiziya proqramları, animasiya, təhsil proqramları, remiks və mashuplar, film qoşquları, musiqi videoları, veb-diodların tanıdılması üçün əla məkandır.

Hər il “Accolade Qlobal Film Yarışması”na minlərlə film giriş alır. Müsabiqədə keyfiyyət və yaradıcılıq dörd səviyyədə mükafatla qeyd olunur.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olub. Onlar  gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdi. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olub.  1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır. 1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bu günkü məzənnə ilə 32 milyard ABŞ dolları edir.

  Dünyaca məşhur olan Nobel qardaşlarının gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etməsini çox az adam bilir. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. “Nobel qardaşlarının ilk uğuru” filminin çəkilişləri 17 mart 2019-cu ildə başa çatıb”. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Mammadovdur. Mətni Eldost Bayram oxuyub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR