Slimfit
  1. TARİX

Nobel qardaşları Rokfellerə qarşı

Nobel qardaşları Rokfellerə qarşı
Sakura

Nobel qardaşları Rokfellerə qarşı

Nəhəng neft korporasiyasının yaranması təsadüfi olmuşdu. 1873-cü ilin yazında böyük rus-isveç sahibkarlar ailəsinin nümayəndəsi Robert Nobel Peterburqdan Qafqaza səfər etdi. O zaman Nobel qardaşları hökümətdən yarım milyon tüfəng sifarişi götürmüşdü və Qafqaza səfəri qundaqlar üçün qoz ağacı almaq üçün tələb olunurdu. Lakin Bakıda olarkən Robert Nobel “neftin həyəcanı” qarşısında tab gətirə bilmədi, ağacların alınması üçün ayrılan 25 min rublu bir neçə perspektivli sahəyə və kiçik distillə zavoduna yatırdı.

            Risk edilmiş və gözlənilməz yatırım uğurlu oldu. Artıq 1886-cı ildə Peterburqda Nobel qardaşlarının kerosininin (ağ neft) ilk 300 çəni satıldı. 1878-ci ildə onlar Bakıda ilk neft borusunu və “Zoroastr” adlanan dünyada ilk həqiqi tanker tikildi. Bu da kerosinin taxta çənlərdə narahat daşınmasından imtina etməyə imkan verdi.

Növbəti ilin yazında yeni işə 3 milyon rubl investisiya qoyaraq Nobel qardaşları “Neft İstehsalı Tərəfdaşlığı” təsis etdilər. Üç Nobel qardaşından başqa təsisçilərdən biri Rusiyanın artilleriya generalı baron Bilderinq oldu, o həmin dövrdə isveç ailəsinin rus bürokratiyasının ən yüksək təbəqəsi ilə əlaqəsini təmin edirdi.

            Texniki yenilik, maliyyə dayanıqlığı  və paytaxt əlaqələri “Nobel qardaşlarının Neft İstehsalı Tərəfdaşlığı”na tezliklə rus bazarını fəth etməyə imkan verdi. “Tərəfdaşlığın əsas məsələsi amerikan kerosinini Rusiya bazarından çıxarmaq və daha sonra kerosini xaricə ixrac etmək idi”, - bu sözləri Sankt-Peterburqda şirkətin rəhbəri Lüdviq Nobel 1883-cü ildə tərəfdaşlığın iclasında demişdi. İkicə il sonra Nobel qardaşları Rusiyada neft hasilatının dörddə bir hissəsini verdi, onların distillə zavodu isə ölkədə istehsal olunan kerosinin 53%-ni təmin etdi, bu da onun dəyərini 20 dəfə azaltdı. “Nobel” məhsulları nəinki amerikan kerosinini tamamilə rus bazarından çıxardı, həmçinin uğurla beynəlxalq bazara çıxdı. Beynəlxalq bazarda da əvvəllər Rokfellerin Standard Oil adlı Amerikan kerosini hökmranlıq edirdi.

            Cəmi iki il ərzində Nobel və digər rus kerosin ixracçıları Rokfellerdən Asiya bazarının üçdə bir hissəsini əlindən aldılar və Avropaya istiqamətləndilər.

            Rusiya neft ixracının həmin illər üçün olan statistikasına əsasən 1881-ci ildəki iki min tona nisbətdə 264 dəfə qalxdı.  1886-cı ilin sentyabr ayında Standard Oil şirkətinin Qərbi Avropa üzrə nümayəndəsi Nobel qardaşları üçün danışıqlar üçün Peterburqa gəldi.

Amerikan mətbuatına sızmış məlumata görə Rokfeller Nobel qardaşlarına neft biznesini ona təhkim etmək üçün həmin dövrdə fantastik məbləğ sayılan 10 milyon dollar təklif etdi. Lakin isveçli qardaşlar amerikanlının təklifini rədd etdilər – kerosinin Rusiyadan Qərbi Avropaya ixracı çox cəlbedici bazarı əlçatan edirdi. Məs:  növbəti ildə (1887) Nobel qardaşlarının neft məhsulları ilə dolu olan ilk tankeri Britaniyaya gəldi. Bu zaman “rus məsələsi” dərhal amerikan monopoliyasında əsas məsələ oldu, bu da Rokfellerin Avropada satdığı kerosinin topdan qiymətlərini aşağı salmasına səbəb oldu.

Amerikanlılarla rəqabətə can atan Nobel qardaşları dövlət siyasətinin yuxarı həddinə yüksəldilər. 1889-cu ildə çar III Aleksandr  “Nobel qardaşlarının Neft İstehsalı Tərəfdaşlığı”na aid bakı zavodlarını şəxsən ziyarət etdi. Çar Neft istehsalçılarına görüş zamanı Qərbi Avropada diplomatik dəstək verməyə söz verdi. Artıq növbəti ildə (1890) çarın tövsiyyəsi və şəxsən Bismarkın dəstəyi ilə alman bazarının onda bir hissəsini amerikan monopolistlərindən alaraq Nobel qardaşları Deutsche Bankla birlikdə “Neft idxalı üzrə Alman-rus Tərəfdaşlığı” təsis etdilər. “Kerosin müharibəsi”nin ilk mərhələsini Nobel qardaşları bitirdi. Qardaşlar qüdrətli Rokfelleri bərabər tərəf kimi tanımağa və 1890-cı ildən başlayaraq neft bazarının bütün planet miqyasında bölünməsi üzrə danışıqlar aparmağa məcbur etdilər.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR