Slimfit
  1. İQTİSADİYYAT

“Nobel Oil” şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlıqları üzrə təlim keçirib

“Nobel Oil” şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlıqları üzrə təlim keçirib
Sakura

“Nobel Oil” şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlıqları üzrə təlim keçirib

“Nobel Oil” şirkətlər qrupuna daxil olan “Global Energy Solutions” (“Glensol”) şirkəti Azərbaycanda və Cənubi Qafqaz regionunda ilk dəfə turbin avadanlıqları sahəsində təlim və dəyirmi masa təşkil edib.

Şirkətdən “Report”a verilən məlumata görə, “Nobel Oil” şirkətinin beynəlxalq tərəfdaşlarının ekspertlərinin iştirakı ilə iki günlük tədbirdə müxtəlif təqdimatlar həyata keçirilib və təcrübə mübadiləsi aparılıb. Proqramın məqsədi turbin avadanlıqları sahəsində ölkədə və regionda innovativ texnologiyalarının tətbiqinə töhfə verməkdir.

Tədbir çərçivəsində 100-dək iştirakçıya əcnəbi mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilib və dəyirmi masa müzakirələri aparılıb. Təlimdə SOCAR, BP və digər şirkətlərin nümayəndələri, eləcə də bir sıra ali təhsil ocaqlarından professor və tələbələr iştirak edib.

2012-ci ildə “Nobel Oil Services” şirkətinin törəməsi kimi yaradılan “Glensol” neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. “Glensol” regionda neft-qaz sənayesində turbin avadanlıqları üzrə texniki xidmət göstərən ilk yerli şirkətdir. “Glensol” avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlılığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər iri şirkətlər onun müştəriləri sırasındadır.

“Nobel Oil Services” neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

“Nobel Oil Services” həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. “Nobel Oil” və “Global Energy Solutions” şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR