Nobel mükafatını satan alimin doğum günüdür
DNT-nin struktur molekulunu kəşf edən məşhur elm adamı, bioloq Ceyms Uotson 6 aprel 1928-ci ildə Çikaqoda dünya gəlib.
Lent.az xəbər verir ki, 1953-ci ildə həmkarı ingilis tədqiqatçısı Fransiz Krik ilə apardığı araşdırma ilə DNT-nin cüt spiral quruluşunu aşkar edən alim bu kəşfə görə Nobel mükafatına layiq görülüb.
Onların kəşfi ilə artıq genetik məlumatların ötürülməsinin mexanizmi, genetik kodun sirri məlum oldu.
Bu kəşfdə onların həmkarı alim Rosalind Franklinin də payı olub. Əgər o 38 yaşında xərçəngdən ölməsəydi veriləcək Nobel Mükafatını paylaşardı.
DNT-nin cüt spiral quruluşunun olduğunun tapılmasında Rosalind Franklinin Rentgen şüaları rəsmləri önəmli rol oynayıb.
Maraqlı məqam onunla bağlıdır ki, Ceyms Uatson, 1962-ci ildə DNT-nin cüt spiral quruluşunu kəşf etdiyi üçün aldığı Nobel mükafatını satışa çıxardaraq 4,8 milyon dollara satıb.
Beləcə tarixdə ilk dəfə həyatda olan bir Nobel laureatı mükafatı satılıb.
Hərrac yoli ilə satışa təqdim edilən qızıl medalın 2,5 -3,5 milyon dollara satılır.
90 yaşındakı Uotsonun mükafatını maddi çətinliklər səbəbiylə satışa çıxardığı bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət