Slimfit
  1. AZƏRBAYCAN

Nizami rayonunda hesabat yığıncağı keçirilib

Nizami rayonunda hesabat yığıncağı keçirilib
Sakura

Nizami Rayon İcra Hakimiyyətində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran…

Nizami Rayon İcra Hakimiyyətində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Qafqazinfo” xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə və müəssisələrinin, təhsil, məktəbəqədər təhsil və səhiyyə ocaqlarının, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birlik və təşkilatların nümayəndələri iştirak ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, 2018-cı ildə rayonda görülmüş işlər barədə məruzə ilə çıxış edib.

2018-ci ildə Prezident İlham Əliyevin Nizami rayonuna səfərlərindən söz açan A.Qasımov, ölkə başçısının ötən ilin 07 mart tarixində Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı mərasimində və 27 mart tarixində Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə B.Çobanzadə küçəsi ilə M.Abbasov küçələrinin kəsişdiyi ərazidə tikilmiş Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak etdiyini, 12 sentyabr tarixində Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilmiş Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olduğunu, 07 noyabr tarixində Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında, 21 dekabr tarixində isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimində iştirak etdiyini nəzərə çatdırıb.

İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə 2018-ci il fevralın 2-dən may ayının 15-dək rayon əhalisinin pulsuz tibbi müayinəsinin həyata keçirildiyini qeyd edən A.Qasımov, ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 124447 nəfərdən 93594 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 3427 nəfərin ambulator, 214 nəfərin isə stasionar müalicəyə göndərildiyini diqqətə çatdırıb.

Yığıncağın sonunda İlham Əliyevə müraciət qəbul edilib.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR