Dərc edildi: Baxış sayı: 993
Nizami Gəncəvi - Könlüm sitəminlə canə yetdi
Könlüm sitəminlə canə yetdi,
Ahım odu asimanə yetdi.
Aynlmaram ölməyincə səndən,
Qəm xəncəri qəlbə, qanə yetdi.
Eşqi necə gizlədim cahanda,
Şurim o biri cahanə yetdi.
Karvan hələ çatmamış, yolunda
Köç növbəti gəldi, canə yetdi.
“Gözlə, gələrəm, — dedin, — Nizami!”
Tez gəl ki, zaman o anə yetdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət