Dərc edildi: Baxış sayı: 6253
Nizami Gəncəvi - Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.
Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
"Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət