Slimfit
  1. CƏMİYYƏT

Nizami Cəfərovun maaşı artırılıb

Nizami Cəfərovun maaşı artırılıb
Sakura

Nizami Cəfərovun maaşı artırılıb

Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Atatürk Mərkəzinin müdirinin aylıq vəzifə maaşı 1540 manat, müdir müavininin aylıq vəzifə maaşı 1230 manat, şöbə müdiri, baş redaktor, baş mühasibin aylıq vəzifə maaşı 770 manat, elmi əməkdaşın aylıq vəzifə maaşı 675 manat, redaktorun aylıq vəzifə maaşı 365 manat, arxivçi-kitabxanaçı, təsərrüfat müdirinin aylqı vəzifə maaşı 320 manat, kompüter operatoru, katibənin aylıq vəzifə maaşı 295 manat, xidməti otaqları yığışdıranın aylıq vəzifə maaşı 260 manat olub.

Qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Atatürk Mərkəzinin müdiri Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərovdur. 

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. Müdir 1540
2. Müdir müavini 1230
3. Şöbə müdiri, baş redaktor, baş mühasib 770
4. Elmi əməkdaş 675
5. Redaktor 365
6. Arxivçi-kitabxanaçı, təsərrüfat müdiri 320
7. Kompüter operatoru, katibə 295
8. Xidməti otaqları yığışdıran 260

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR