Slimfit
  1. MARAQLI

Niyə uşaqlar şirniyyatı böyüklərdən daha çox sevirlər

Niyə uşaqlar şirniyyatı böyüklərdən daha çox sevirlər
Sakura

Məlum olub ki, insanlar illər keçdikcə dad qavrayışlarını dəyişirlər

ABŞ-dan olan alimlər bütün uşaqların şirniyyatı niyə bu qədər çox sevdiyini izah ediblər.  İnsan  yaşlandıqca,  şokoladdan olan  asılılığı bir o qədər azalır.

Tədqiqat İllinoys Universitetində aparılıb.  Bir qrup mütəxəssis müxtəlif yaşlarda olan könüllülərin tüpürcək, qan və beyin funksiyalarını təhlil edib.

 Məlum olub ki, insanlar illər keçdikcə dad qavrayışlarını dəyişirlər.  Şirinliyi hiss etməsi üçün uşaqlarda saxaroz həcmini 40% artırmaq lazımdır.  Yetkin insanlar hətta böyük bir stəkan içkinin içərisində az miqdarda  olan şirinliyi hiss edə bilərlər.

 Alimlərin fikrincə, yetkinlərin məmnun qalması üçün qazlı  içkilərinin içərisinə təxminən səkkiz parça şəkər atmaq kifayət edir.  Uşaqlar üçün isə  50% daha çox - təxminən 12 ədəd.  Yalnız bundan sonra dad reseptorları yetkinlik yaşına çatmayanların beyninə yeməyin və ya içkinin kifayət qədər dadlı olduğuna dair  siqnal göndərir.

 Həkimlər qeyd edir ki, bu, sinir sistemi və beynin işi ilə əlaqədardır,  Yetkinlik yaşına çatmayanlar şirniyyatı daha çox sevirlər, çünki beyindəki zolaqlı cism reseptorları bu istəkdən məsuldurlar.  Dopamin səviyyəsi doldurulduqda , uşaq mükafat almış kimi məmnun qalır.  Və bu potensial , yaş artdıqca azalır.

Alimlər şirniyyata olan sevginin,  tüpürcəyin tərkibi ilə müəyyən olunduğunu da qeyd ediblər.

Mənbə: belnovosti.by

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR