Niyə şəkil çəkdirəndə insanlar əllərini bir-birinin çiyninə qoyurdular?
Müasir insan 1 dəqiqə ərzində əziyyət çəkmədən, yerindən tərpənmədən 60-dan çox fotoşəkil çəkə bilər. Halbuki yaxın keçmişdə bir fotoşəkili tarixə həkk etmək üçün insanlar bütün günlərini fotoemalatxanalarda keçirərdilər.
Çoxumuz hələ də düşünürük ki, köhnə fotolarda insanların əllərini bir-birinin çiyninə qoyub, şəkil çəkdirməyi, qəhrəmanlar arasındakı doğmalığı təcəssüm edir. Əslində isə belə deyil.
Publika.az saytı nənə-babalarımızın bu şəkil pozasının səbəbini araşdırıb.
Məlum olub ki, fotoqrafiya sənəti yeni yarananda, kifayət qədər inkişaf etməmişdi. Odur ki, insanların təsvirlərini fotoşəkillərə həkk etmək çox çətin və zəhmətli proses idi. 1 fotoşəkili ərsəyə gətirmək üçün fotoqraf və şəkilin qəhrəmanları kifayət qədər zaman itirirdilər. Bunun üçün bəzən 1 neçə saat tələb olunurdu. Əks halda foto çox uğursuz və solğun alınırdı. Odur ki, insanlar ayaq üstə yorulmamaq və fotoşəkilin keyfiyyətini itirməmək üçün əllərini oturan şəxslərin çiyninə qoyurdular.
Həmin dövrün digər aktual duruşu isə əl sıxışma pozası idi. Bu üsul da, qəhrəmaların əllərini bir neçə saat ərzində məşğul etməyə yardımçı olurdu.
Leyla Sarabi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət