Slimfit
  1. MARAQLI

Niyə qəhvə kiçik paketlərdə satılmır?

Niyə qəhvə kiçik paketlərdə satılmır?
Sakura

Niyə qəhvə kiçik paketlərdə satılmır?

Praktik istifadə etdiyimiz birdəfəlik çay paketleri nəyə görə qəhvə istehsalında da istifadə olunmur?

Qara çay hazırlamaq üçün çay bitkisinin yarpaqlarının yığılması, qurudulması və oksidləşmə vasitəsilə rənginin qaraya çevrilməsi lazımdır. Yaşıl çayın isə qara çaydan fərqi ondan ibarətdir ki, yaşıl çay oksidləşmədən paketlənir. Yaşıl çayla qara çayın arasında yeganə fərq budur.

Çay yarpaqları emal zamanı tamamilə nəmliyini itirir. Ətri içindəki nəmlikdən gəlmədiyi üçün onun quruması heç bir problem yaratmır. Onsuz da çay yarpaqları quru olmalıdır. Buna görə çayın hava keçirən paketlərdə saxlanılması onun köhnəlib ətrini itirməsinə səbəb olmur.

Qəhvəni hazırlamaq üçün qəhvə meyvəsinin tumu qovrulub üyüdülməlidir. Qəhvənin ətri onun tumunun içərisində olan yağlardan gəlir. Bu yağların və nəmin itməsi ətrinin də itməsi deməkdir. Buna görə də qəhvə üyüdüldükdən sonra hava keçirməyən qablarda saxlanılmalı və maksimum bir ay ərzində istifadə olunmalıdır. Əks təqdirdə qəhvənin ətri itə bilər. Bu o deməkdir ki, qəhvənin ətri uçub getməsin deyə onu çay kimi kiçik paketlərdə saxlamaq əlverişli deyil. Buna baxmayaraq çox geniş yayılmasa da, qəhvə də bəzən çay kimi kiçik paketlərdə satılır.

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR