Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Niyə körpələr anadangəlmə qüsurla doğulur? - Araşdırma

Niyə körpələr anadangəlmə qüsurla doğulur? - Araşdırma
Sakura

Qadının sağlamlığına çox təsir etməyən infeksiya uşaqlar üçün faciə ilə nəticələnir

Qadının sağlamlığına çox təsir etməyən infeksiya uşaqlar üçün faciə ilə nəticələnir.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov deyib.

Onun sözlərinə görə, vaxtından əvvəl və az çəkili doğulan uşaqlarda problemlərə rast gəlinir:

“Azərbaycanda, əsasən, vaxtından əvvəl doğulan uşaqlarda problemlər olur. Onların yetkinsizlik, azçəkili, çoxçəkili və ekstremal çəkili uşaqlarda problemlər daha çox olur. İkinci yerdə ən əsas problem bətndaxili infeksiyalardır. Digər yerlərdə isə qüsurlu uşaqların doğulmasıdır”.

Baş neonatoloq bildirib ki, uşaqların qüsurlu doğulmasının əsas səbəblərindən biri hamilə qadınların vaxtında, lazımi qədər həkimə getməməsidir:

“Qadının sağlamlığına mühüm təsir etməyən infeksiya uşaqlar üçün faciəli olur. Onlar həkimə vaxtında müraciət etsələr, bu cür problemlərin sayı azalar. Vaxtında tədbir görülsə, bu faizi kifayət qədər azalda bilirik.

Dünya təcrübəsinə nəzər salsaq, hamiləliyin vaxtından əvvəl sonlanmasının əsas səbəblərindən biri hamiləlik zamanı yaranan infeksiyadır. Hər bir anada antenatal dövrdə yaranan problemlər vaxtından əvvəl doğuşun baş verməsinə səbəb ola bilər”.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev isə bildirib ki, bu il ərzində uşaqlarda anadangəlmə inkişaf qüsurları arasında ilk yerdə ürək, qan-damar sistemi problemləri olan körpələr durur:

“İkinci yerdə böyrəklər, sidikçıxarıcı orqanların anadangəlmə qüsurları və genetik problemlər var. Bu cür problemlərin qarşısını almaq üçün profilaktik tədbirlər görülür”.

Nəsib Quliyev qeyd edib ki, Azərbaycanda ürək qüsurları ilə bağlı ilkin aşkarlama tətbiq edilir:

“Xəstəlik varsa, ilk fürsətdə o aşkar edilir və müalicə edilir. Eyni zamanda, ailə planlaması məsələsində bunlar nəzərə alınmalıdır. Yəni hamilə qadınlar antenatal dövrdə yaranan problemləri doğuşa qədər müalicə edilməlidir.

Bəzən elə bir hal ola bilər ki, hamiləliyi pozmaq məcburiyyətində qala bilərlər. Çünki, o uşaq qüsurlu doğulub, yaşamayacaqsa, doqquz ay gözləməyin mənası olmur”.

Qeyd edək ki, 2018-ci ilin səkkiz ayı ərzində paytaxtın doğum evlərində anadan olmuş azçəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR