Slimfit
  1. MARAQLI

Niyə kompüter oyunları tez köhnəlir?

Niyə kompüter oyunları tez köhnəlir?
Sakura

Niyə kompüter oyunları tez köhnəlir?

Kompüter oyunlarının fanatları daha çox qrafikada və ya süjetli fantastik oyunlar xoşladıqlarına görə, bir çox oyunlar köhnəlir.

Qeyd edək ki, heç bir oyun köhnəlməkdən sığortalanmayıb. Kompüter oyunları arasında 3 və daha çox, məsələn, 4 hissədən ibarət olanlar var. TED.az xəbər verir ki, belə oyunların şirkətləri texnologiyadakı yenilikləri  diqqətlə izləyirlər və oyunçuların fikirləri onlar üçün çox vacibdir.

Oyunçu eyni oyunu 2 və ya 5 ildən artıq oynamır, çünki o artıq cansıxıcı olur. Kompüter oyunlarının həvəskarları, yeniliyə  ehtiyac duyur və  bu sahədə öz bacarıqlarını görən oyunçu,  yeni oyunların yarada biləcəyi  adrenalin axtarır.

Bəzi fanatlar köhnə oyunları tələb edirlər, lakin şirkətlər anlayır ki, bu, həmin oyunları uğurla başa vuranların nostalji hissləridir. Yeni nəsil üçün bu maraqlı olmadığına görə yeni oyunların yaranmasına zərurət yaranır. Əlbəttə ki, dünya brendlərinin yaratdığı və ömrü 5 ildən çox çəkən oyunlar da var.

Texnologiyanın sürətli inkişafı, oyunçuların tələblərinə cavab verən oyun sənayesində  yeniliklər etməyə zəmin yaradır. Beləliklə, oyunların “ölümü” əsasən, texnolgiyanın inkişafı və yeni nəslin böyüməsinə görə baş verir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR