Slimfit
  1. MARAQLI

Niyə heç kim bu Şotlandiya adasına getmək istəmir

Niyə heç kim bu Şotlandiya adasına getmək istəmir
Sakura

İkinci Dünya Müharibəsi illərində Qryunardda alimlər məkrli və effektiv silah - Sibir yarası üzərində işləyirdilər.

Kiçik Qryunard adası Şotlandiya sahillərində, materikə yaxın ərazidə yerləşir. Sahildən buraya avar qayığında cəmi 10 dəqiqəyə çatmaq olar, buna baxmayaraq çətin ki, bu adaya könüllü olaraq baş çəkmək istəyən tapıla.

Məsələ ondadır ki, İkinci Dünya Müharibəsi illərində  Qryunardda alimlər məkrli və effektiv silah - Sibir yarası üzərində işləyirdilər. Sibir yarası fövqəladə vəziyyətdə  nasist Almaniyasına qarşı bioloji silah kimi istifadə etmək üçün qoyunlarda sınaqdan  keçirilmişdi. O, ən təhlükəli xəstəliklərdən biridir , çünki demək olar ki, həmişə ölümlə başa çatır - daha doğrusu, əzablı ölümlə. 

Onilliklər boyunca girişin məhdudlaşdırıldığı  zona

Bioloji müharibə hələ sınaqdan keçirilməli olduğundan, 1942-ci ildə burada qoyunlara Sibir yarası olan bomba atıldı və onlar üç gün ərzində öldülər. Bundan sonra, Qryunard məhdud zona elan edildi, 1990-cı ilə qədər ada "ictimaiyyət" üçün tamamilə bağlandı. Bununla belə, adada tələsik basdırılan qoyunlardan biri sahildəki fırtınada yuyulduqda xəstəlik materikə çata bildi.  

Bu hadisə 1986-cı ildə dörd il davam edən təmizləməyə başlamaq üçün yetərli səbəb oldu. Toplam olaraq 2000 ton dəniz suyunda həll edilmiş 280 ton formaldehid Sibir yarasını məhv etmək üçün torpağa vuruldu və 1990-cı il aprelin 24-də adanın yenidən ziyarətinə icazə verildi. Təhlükənin artıq olmadığının sübutu olaraq, qoyunlar yenidən Qryunard-a köçürüldü - bu dəfə yalnız dinc yolla otlamaları üçün.

Bununla belə, adanın artıq 30 ildir ki, ziyarət edilə biləcəyini nəzərə alsaq, hələ də heç kim bura gəlməyə cəsarət etməyib.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR