Slimfit
  1. MARAQLI

Niyə bəzilərinin arzuları həmişə gerçəkləşir, bəzilərinin isə yox? - Ekspert rəyi

Niyə bəzilərinin arzuları həmişə gerçəkləşir, bəzilərinin isə yox? - Ekspert rəyi
Sakura

Niyə bəzilərinin arzuları həmişə gerçəkləşir, bəzilərinin isə yox: ekspert rəyi

Yəqin ki, bəzi insanların istədikləri hər şeyin yerinə yetdiyini, bəzilərininsə  nə qədər çalışsalar da ən sadə arzularını həyata keçirə bilmədiklərini siz də  görmüsünüz. Birincilər sadəcə şanslıdırlar? Bəlkə onlar  sadəcə sorğularını necə tərtib edəcəklərini və hər şeyin ən yaxşı şəkildə alınması üçün hansı cəhdlər  olmağını bilirlər? Yəni necə düzgün arzular qurmaq, məsuliyyət, nizam-intizam və konsentrasiya bu işdə necə kömək edə bilər? Ens.az saytı  mütəxəssis, peşəkar təlimçi və İstək Marafonunun müəllifi Elena Blinovskaynın  bu mövzuda fikirləri əsasında yazını təqdim edir.

Əgər siz həyatınız üçün məsuliyyəti öz üzərinizə götürsəniz, arzularınız hökmən gerçəkləşəcəkdir. Ancaq, məsələn, mənim marafonum buna hazır olmayan insanlara tövsiyə edilmir. İnanın, bu, yaxşı bir şeyə gətirib çıxarmayacaq. Bir insanın daxili cavabı yoxdursa, nəticə olmayacaq.

Əgər arular gerçəkləşmirsə, bəlkə də insan onların yerinə yetirilməsinə hazır deyil, özü də hiss etmədən bundan qorxur və ya tamamilə fərqli bir şey istəyir. Bir çox insanlarda “istək” siyahısını hələ uşaq ikən söndürürlər, sonra da həmin anaları artıq böyümüş, yetkin övladlarının "divanda uzanıb sadəcə ondan uzaq durulmasını istəmələri" nə təəccüblənirlər. Bəli,  böyüklər üçün də  hansı növ arzuların həqiqət olduğunu və cəmiyyət tərəfindən diktə edilməməsini başa düşmək çox çətin ola bilər. Bu mərhələdə bəziləri hətta marafonu tərk edirlər: onlar daxili aləmlərinə baxmaqdan və gizli xəyalları haqqında öyrənməkdən, özlərini dinləməkdən və sadə görünən bir suala cavab verməkdən qorxurlar: "Bu həyatda nə istəyirəm?"

Bunun əvəzinə bir çoxları "boğulanları xilas etmək", özlərini "bütün dünyada barış" istədiklərini aldatmaqla məşğuldurlar, halbuki, özləri  xirtəyə qədər  bataqlıqdadırlar. Və ya bir variant  olaraq arzu yalnız vaxt tələb edir: bir toxum əkmək və ondan gözəl bir çiçəyin  böyüməsini yarım saat gözləmək axmaqlıqdır. Arzuların reallaşması bir möcüzədir, amma ilk növbədə bu həm də öz üzərində ciddi psixoloji işdir ki,  məsuliyyət və nizam-intizam tələb edir. Marafonlarımın iştirakçıları mütəmadi olaraq vaxtında başa çatdırılmalı olan tapşırıqlar alırlar və əgər bir insan bunu etməyibsə, onunla vidalaşmalı oluruq.

Arzular üzərində iş, tam olaraq özünü buna həsr etməyi tələb edir, əks halda həyatda heç bir dəyişiklik olmayacaqdır. Özünüz bu müddətdə həyatın necə dəyişdiyini görəcəksiniz. Marafonlarda ilk mərhələdən keçirik, bazanı öyrənirik və yalnız bundan sonra daha dərin qazırıq və icra sürəti, daxili qorxularımız, yaralarımız və inanclarımız üzərində çalışırıq. Buna görə arzularımızın dərhal yerinə yetməməsi çox yaxşıdır. Bütün daxilimizi, keçdiyimiz yolu  bilmirik və bizi  xəyal etmədiyimiz yanlış həyata cəlb edən öz mənfi düşüncələrimizdən yaxa qurtarmırıq. Şübhəsiz ki, xəyal qurmağı bilən insanlar var və istəkləri gerçəkləşir, çünki şüurlu şəkildə düzgün mexanizmi istifadə edirlər. Ancaq yenə də belə insanlar etibar ediləcək bir məlumat bazası əldə etmək üçün bizim  kurslara  gəlirlər. Əlbəttə ki, həyatda narahatlıqlar və problemlər davam edə bilər, amma marafonlarımın iştirakçıları onları öz üstünlüklərinə çevirməyi və hər belə çətinlik üçün yeni bir fürsət görməyi öyrənirlər, bəzən bunların xarici şərtlər deyil, daxili müqavimətləri olduğunu başa düşürlər.

İstəkləri müəyyən qaydalara uyğun etmək vacibdir. Burada onlar haqqında iki kəlmə ilə nəsə deyə bilmərəm, bu, dörd həftəni marafona həsr etdiyimiz qlobal bir mövzudur. Ancaq ümumi mənada Kainatı həddindən artıq spesifikliklə məhdudlaşdırmağın əleyhinəyəm. Məsələn, bir qız özü üşün  mavi gözlü, tünd saçlı bir oğlan arzu edir. Yekunda, başqa bir insana aşiq ola bilər və o, özü üçün uydurduğu personajdan daha yaxşı olacaq. Arzularınızın formalaşmasında əsas məqamları daxil etmək daha düzgündür: xoşbəxt olacağam, layiqli, azad, ideal bir insan. Sonra Kainat sizə ən uyğun variantı və ən qısa müddətdə seçəcəkdir. Yadda saxlamaq çox vacibdir: arzularımıza  nə qədər məhdudiyyət qoyarıqsa, onların həyata keçmə ehtimalı da bir o qədər çox olar.

Həyatdan bir misal çəkim: bir qız bir həmkarına aşiq idi və mümkün qədər onunla çox vaxt keçirmək istəyirdi. Nəticədə, bütün il ərzində onlar bir kabinetdə  işlədilər, amma cütlük ola bilmədilər. Qızın arzusu gerçəkləşdi, amma saydığı tamamilə fərqli bir kontekstdə oldu və bu onu xoşbəxt etmədi. İstəyin yerinə yetirilməsi üçün daxili mesaj və münbit zəmin çox vacibdir. Bunun üçün öz üzərinizdə  çox böyük və çox dürüst  işləmək lazımdır. Bu, çətindir, həmişə xoş olmayan məqamlar da olur və bəzən özünüzdə tanımadığınız bir şeyi kəşf edə bilərsiniz. Ancaq bilin ki, həyatınız üçün məsuliyyəti öz üzərinizə  götürsəniz, xəyalınız gerçəkləşəcək.

Mənbə: www.passion.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR