Slimfit
  1. PSİXOLOGİYA

Niyə bəzi insanlar gözünüzün içinə baxmır?

Niyə bəzi insanlar gözünüzün içinə baxmır?
Sakura

Niyə bəzi insanlar gözünüzün içinə baxmır?

Gözlə əlaqə, ünsiyyətdə olduqca vacibdir. O bəzən söhbətin özündən daha çox şey deyə bilər. Ancaq bütün insanlar bir-birlərinə açıq baxmağı bacarmırlar. Görəsən niyə? Ens.az saytının bu yazısında həmin suala cavab verməyə çalışılır!

Yalan. Bu kimdənsə gözlərini qaçırmağın ən çox yayılmış izahatıdır. İnsanın baxışlarına gücü çatmır, çünki düşüncə və niyyətlərini gözlərindən verməyə qorxur.

Utancaqlıq. Bu, həqiqi hisslərini ah çəkməklə ələ verəcəyindən qorxan  sevgililər üçün xarakterikdir. Buna adətən qırıq-qırıq nitq  və qızaran yanaqlar  da əlavə olunur.

Əminliyin yoxluğu. Bəzi insanlar hər zaman başqalarının onlar haqqında nə deyəcəyini təhlil edirlər - daxili əzablardan əziyyət çəkirlər ("Mən bunu dedim?", "Bunu etdim?") Və buna görə yalnız vaxtaşırı həmsöhbətinə baxırlar.

Təzyiq. Elə insanlar var ki, baxışlarını ona yönəltmək sadəcə xüsusi hazırlıq olmadan mümkün deyil: sanki adamı yandırır, istiyə atır, sonra soyuqladır, iflic edir. Açıq kitab kimi səni oxuyur və bu da söz yox ki, adamı narahat edir.

Qıcıqlanma. Bəzi insanlar baxışları onları ifşa etmək cəhdi kimi qiymətləndirirlər və buna görə də gözlə əlaqə yaratmamağa çalışırlar.

Marağın olmaması. Baxmır, üstəlik gözü saatdadır və daim əsnəyir. Bu, söhbətə marağın azlığının və ya  ya onun səmərəsizliyinin əyani təzahürüdür.

Hədsiz məlumat. Bir insanın üstünə  çox sayda "məlumat kütləsi" tökülürsə, ona "nəfəs almaq" və yeni informasiyanı əxz etmək üçün arada  gözlərini qaçırması lazımdır. 

Əla fantaziya. Söhbətdə nəyin müzakirə olunduğunu daha yaxşı başa düşmək üçün bir çox insan bu mövzuda xəyali  şəkillər çəkməlidir. Belədə, həmin adam "xəyalı" ilə tək  qalmaq üçün gözlərini yayındıracaq.

Baxış etiketi 

Bu qəqiq məlumatdır: həmsöhbətlərin ünsiyyətdən psixoloji rahatlıq hiss etmələri üçün “göz- gözə" baxışıması söhbətin bütün vaxtının 2/3-ni, bəbəklərin birdəfəlik görüşü isə təxminən 10 saniyə davam etməlidir. Sonra fasilə lazımdır.

Yan tərəfə baxmaq, həmçinin "gözü deşən" baxışlar yaxşı forma qaydalarının pozulmasıdır. Gözlərə necə baxmağı,  amma bu halda üz-üzə təzyiq göstərməməyi öyrənmək üçün, yoldan keçənlərdə məşq edin: gözləriniz yad adamları burub dəlməsin, ancaq 3 saniyəlik vizual əlaqəyə dözün. Zamanla ünsiyyətdə daha inamlı olacaqsınız!

Ünsiyyət qurarkən, xüsusi xidmətlərin texnikasından istifadə edin: baxışı həmsöhbətin gözlərinə yox,  burunun üst hissəsinə -  gözlərin arasına fokuslayın.

Mənbə: Викиум

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR