Slimfit
  1. MARAQLI

Niyə 29 fevral 4 ildən bir olur?

Niyə 29 fevral 4 ildən bir olur?
Sakura

Niyə 29 fevral 4 ildən bir olur?

Fevral niyə dörd ildən bir 29 gün olur? “Qafqazinfo” 29 fevral və Günəş təqvimi ilə bağlı maraqlı detalları sizə təqdim edir:

Günümüzdə istifadə etdiyimiz təqviminin mənşəyi, Roma İmperatoru Yuli Sezarın sifarişi ilə Misir astronomu Sozigen tərəfindən hazırlanan "Yulian" təqvimidir. Yulian təqvimi Günəş təqvimi sayılır və Günəş təqvimlərinə görə bir il 365 gün 6 saatdan ibarətdir. Çünki Yer kürəsinin Günəş ətrafında tam dövr etməsinə sərf etdiyi vaxt 365,25 gün təşkil edir. Yəni bu vaxt ərzində Yer kürəsi öz oxu ətrafında 365,25 dəfə fırlanır.

 

Təqvimdə 365,25 gün qeyd olunmasının qəliz olduğu üçün qalıq saatlar toplanaraq hər 4-cü ilə 1 gün kimi əlavə olunur. Beləliklə, hər 4 ildən bir təqvimə 1 günün əlavə olunması qaydaya çevrilir. Bu səbəbdən hansı ilin uzun olacağını ilin son iki rəqəminin 4-ə bölünüb-bölünmədiyini yoxlamaqla tapmaq olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR