Slimfit
  1. MEDİA

Niyazi Bayramovun tapşırığı ilə Gəncədəki tibb müəssisələrində monitorinqlər davam edir

Niyazi Bayramovun tapşırığı ilə Gəncədəki tibb müəssisələrində monitorinqlər davam edir
Sakura

Niyazi Bayramovun tapşırığı ilə Gəncədəki tibb müəssisələrində monitorinqlər davam edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən şəhərdə fəaliyyət göstərən xəstəxana və poliklinikalarda, habelə özəl tibb müəssisələrində monitorinqlər aparılıb. Monitoringlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova və Gəncə Şəhər Səhiyyə İdarəsinin rəhbər işçiləri iştirak ediblər. 

Monitoringlər zamanı xəstəxana və poliklinikalarda xüsusi karantin rejimi qaydalarına hansı səviyyədə əməl olunduğu yoxlanılıb. Tibb müəssisələrində sanitar-gigiyenik normalara əməl edilməsi, səhiyyə ocaqlarının bütün girişlərində xüsusi dezinfeksiya edici məhlulların yerlşdirilməsi, tibbi personalla yanaşı, pasientlərin də tibbi maskadan istifadəsinin təmin edilməsi məsələləri diqqətdə saxlanılıb. 

Monitoringlər zamanı tibbi personal və pasientlərlə profilaktik söhbətlər aparılıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər görülür. Bu işdə səhiyyə ocaqları və tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşür. Məhz bu səbəbdən də tibb ocaqlarında xüsusi karantin rejiminin bütün qaydalarına ciddi əməl edilməsi olduqca vacibdir. 

Qeyd edək ki, monitoringlər davam edəcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR