Niyazi Bayramov vətəndaşların müraciətlərinə baxıb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Şəhər rəhbəri onları narahat edən məsələlərlə maraqlanıb, şikayət və təkliflərini dinləyib. Bəzi problemlərlə is şəhər rəhbəri elə yerində tanış olub.
Müraciətlər əsasən işlə təminat, torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin təmiri, istismar müddətini başa vuran ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi, su xəttlərinin yenilənməsi, əsas və ara küçələrin asfaltlanması ilə bağlı olub.
Sakinlərin müraciətlərini dinləyən şəhər rəhbəri, dilə gətirilən problemlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş qəbulunda iştirak edərək sakinlər adından öz şikayətini dilə gətirən Rəxşəndə Verdiyevanın səsləndirdiyi problemlə isə şəhər rəhbəri elə yerində tanış olub. Rəxşəndə Verdiyeva Məhsəti Qəsəbəsi, 8-ci küçədə su-kanalizasiya xəttinin olmamasından şikayətlənib. Niyazi Bayramov Kəpəz Rayon İcra Hakimiyyətinin, Memarlıq və Tikinti, habelə Şəhər Təsərrüfatı şöbələrinin rəhbər şəxslərilə birlikdə əraziyə baxış keçirib. Burada sakinlərlə söhbət edən Niyazi Bayramov, bir neçə vətəndaşın evinə də baş çəkib. Buradakı vəziyyətlə yaxından tanış olan, məsələ ilə bağlı aidiyyatı şəxslərlə elə yerində müzakirə aparan şəhər rəhbəri, movcud problemin qısa zamanda aradan qaldırılması üçün tapşırıqlar verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət