Niyazi Bayramov sakinlərin problemləri ilə maraqlanıb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinləri qəbul edib, problemlərini dinləyib, onların həlli istiqamətində müvafiq tapşırıqlar verib. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, şəhərdə olan idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Müraciətlər əsasən ticarət obyektinin inşası üçün torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin təmiri, işlə təminat, əlillik dərəcəsinin təyini və sair məsələlərlə bağlı olub. Bunlarla yanaşı qəbulda iştirak edən II qrup Qarabağ əlili Nazim İsmayılov müraciəti əsasında qızının işlə təmin olunması ilə bağlı şəhər rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sakinlərin müraciətləri tək-tək dinlənilib, onları narahat edən məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət