Niyazi Bayramov Hacıkənd qəsəbəsində növbəti dəfə səyyar qəbul keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov Hacıkənd qəsəbəsinin sakinlərinin problemlərini dinləyiblər.
Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, hazırda Gəncədə abadlıq quruculuq işləri davam etməkdədir, həmçinin yolların asfalt örtüyü yenilənir və müasir gecə işıqlandırılması qurulur. Gəncədə icra olunan şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində də işlər davam etdirilir. Həmçinin şəhər rəhbəri bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir.
Vəfadar Bağırov çıxış edərək bildirib ki, məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etmək olan səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun şəkildə mütəmadi olaraq keçirilir. O, bu qəbildən olan tədbirlərin davamlı olaraq keçiriləcəyini sakinlərin nəzərinə çatdırıb.
“Açıq mikrofon” şəraitində keçən səyyar qəbulda sakinlər Hacıkənd qəsəbəsində aparılan abadlıq-quruculuq, yolların təmir işlərinə görə Prezident İlham Əliyevə və şəhər rəhbərinə təşəkkürlərini bildiriblər. İşlə təminat, yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, sənədsiz ev və təssərüfatların rəsmiləşdirilməsi kimi məsələlər müraciətlərin əsasını təşkil edib.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı qəsəbədə olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət