Niyazi Bayramov Gəncədə aparılan tikinti və abadlıq işləri ilə yerində tanış olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “İstiqlal” parkında olub, burada Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinə inşa edilən “Şəhidlər” abidə kompleksində aparılan işlərin gedişatı ilə maraqlanıb. Niyazi Bayramov abidə kompleksinin inşası ilə bağlı işlərin keyfiyyətlə görülməsini və sürətləndirilməsini tapşırıb.
Daha sonra şəhər rəhbəri Gəncənin Gülüstan yaşayış massivindəki çoxmənzilli yaşayış binalarının fasadları və giriş qəfəslərində aparılan təmir işləri ilə tanış olub. O, burada sakinlərlə görüşüb, onlarla söhbət edərək, şikayət və təkliflərini dinləyib.
Niyazi Bayramov Gəncənin İsmət Qayıbov küçəsinə də baş çəkib. Şəhər rəhbərinə burada aparılan asfaltlanma işləri barədə ətraflı məlumat verilib. Küçə sakinləri yaşadıqları ərazidə aparılan abadlıq və təmir işlərinə görə dövlət başçısı və şəhər ərhərliyinə öz təşəkkürlərini bildiriblər.
ganjanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət