Slimfit
  1. MEDİA

Niyazi Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannla görüşüb

Niyazi Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannla görüşüb
Sakura

Niyazi Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannla görüşüb

Niyazi Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannla görüşüb

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Gəncəyə səfər edib. Səfər çərçivəsində o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Niyazi Bayramov  qonağı salamlayaraq bildirib ki, Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncədə son illərdə sənaye sahəsi də inkişaf etməkdədir. Burada bir sıra ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Gəncədə olan tarixi abidələr, muzeylər, park və xiyabanlar şəhərə gələn qonaqların zövqünü oxşayır. 

Şəhər rəhbəri Gəncədə alman izlərinə də rast gəlindiyini qonağın nəzərinə çatdırıb. O qeyd edib ki, 1886-cı ildə alman sahibkarı Xristofor Förer tərəfindən şərab anbarı üçün tikilən binada sonradan rekonstruksiya işləri həyata keçirilərək Gəncə Dövlət Dram Teatrının istifadəsinə verilib. Bununla yanaşı, 1901-ci ildə Cavad xan küçəsində “Zingerin evi” kimi tanınan bina, o cümlədən 1915-ci ildə, hazırda Ə.Cəmil küçəsində yerləşən Gəncə Dövlət Kukla Teatrının yerləşdiyi bina məhz almanlar tərəfindən inşa edildiyini bildirib. 

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann iki ölkə arasında tarixi əlaqələrdən söz açıb, Azərbaycanda alman mədəni irsinin qorunub saxlandığını, bunun da mövcud dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyib. O, dahi şair Nizami Gəncəvinin Məqbərəsini, o cümlədən Cavad xan türbəsini, Gəncə Dövlət Filarmoniyasını ziyarət etdiyini bildirib. Həmçinin, diplomat Azərbaycan şairi və mütəfəkkir Mirzə Şəfi Vazeh yaradıcılığının Almaniyada geniş təbliğ olunduğunu vurğulayıb və onun muzeyi ilə yaxından tanış olmaq istdiyini söyləyib. 

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. 

Daha sonra səfir Ralf Horlemann 44 günlük Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkib. Burada səfirə erməni terroru barədə geniş məlumat verilib. Diplomat terror qurbanlarının xatirəsini yad edib, dağıntıların baş verdiyi yerlərə güllər düzüb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR