Slimfit
NİVA
Sakura

NİVA HAQQINDA

Niva (həmçinin VAZ-2121 və LADA 4x4 kimi tanınır) - yüksək keçici sovet və rus avtomobilidir - daimi tam ötürücülü və kiçik sinif ban daşıyan bütün yollar üçün nəzərdə tutulmuş avtomobil.

5 aprel 1977-ci ildən bu günə qədər (2006-cı ilədək VAZ-2121 "Niva", hal - hazırda LADA 4x4 markası altında satılır) istehsal olunur.

KONSEPSİYA və YARANMA TARİXİ

1969-1970-ci illərdə VAZ-ın baş konstruktoru V.S.Solovyov kənd sakinləri üçün bütün yolları keçəcəyin hazırlanması təşəbbüsü ilə çıxış etdi. Onun təklifi 1971-1980-ci illərdə SSRİ Avtomobil sənayesi nazirliyinin "tipi"nin hazırlanması ilə nəticələndi, həmin vaxt İMZ (ИМЗ (Ижмаш) həvalə edilmişdir. AZLK-415 və 416 və İj-14 prototipləri artıq yaradılmışdır, lakin bu maşınlar kütləvi istehsala hazır deyildi.

1970-ci ilin yayında SSSR Nazirlər Şurasının sədri Aleksey Kosıqin VAZ, AZLK və İjmaş kollektivi qarşısında rahat yüksək keçici qabiliyyətli kütləvi minik modellərinin yaratmaq tapşırığı qoydu.

1971-ci ilin aprel ayında yeni avtomobilin konstruktiv xüsusiyyətləri seçən ilk texniki şura keçirildi. Klassik dizayn yanaşmasının tərəfdaları asılı təkər asqıları, ön və arxa baraban əyləcli, çərçivəli(rama) ban versiyasını təklif etdilər. Konstruktorlar 1971-ci ilin yayında hazırlıq sənədləşmələrinə başladılar, 1972-ci ilin aprel ayında isə ilk sınaq nüsxəsi hazırlandı.

"Niva"nın yaradıcısı Pyotr Mixayloviç Prusov “İtoqi” jurnalına verdiyi müsahibədə bunu deyib - avtomobil Prusovun uşaqları – Natalya, İrina və VAZ-ın baş konstruktoru V.S.Solovyov-un uşaqları - Vadim və Andreyin şərəfinə adlandırılıb.

1972-ci ildə Э-2121 ("dəzgah daşıyıcısı" adlanırdı) adlı ilk prototiplər yaradıldı, 1973-cü ildə serialı istehsalına hazırlıq elan edildi.

1974-cü ildə ilk 15 önseriyalı nümunələr, 1976-cı ilin mart ayında isə SİKP (КПСС) XXV qurultayında ikinci partiya - 50 avtomobil istehsal edildi.

Bu maşınlar Ural da daxil olmaqla, tam sınaqdan keçdi. Modellər ilə müqayisədə, mütəxəssislər rəqabət üçün Britaniya Land Rover-i və Range Rover-i, eləcə də UAZ-469-dan istifadə etdilər. "Niva"nın yürüş keyfiyyətini qiymətləndirmək üçün "minik" və "bütün yol" sınaq proqramlarını birləşdirdilər. Avtomobilin konveyerə yerləşdirilməsi üçün əmr 31 iyul 1975-ci ildə imzalandı.

VAZ-2121 modelinin ilk seriyalı nümunəsi 5 aprel 1977-ci ildə VAZ-ın konveyerindən çıxdı. 1980-ci illərin əvvəllərində istehsal edilən avtomobillərin təxminən 80% -i ixrac üçün göndərildi, yeri gəlmişkən, "Niva" Yaponiyada satılan yeganə sovet avtomobili oldu. 12 mart 2013-cü ildə AvtoVAZ iki milyonuncu LADA 4x4 avtomobilini istehsal etdi.

"Нива" və "Niva" TİCARƏT NİŞANLARI

İntellektual mülkiyyət üzrə Federal xidmət Ticarət Nişanları reyestrindən alınan məlumatlara əsasən, "Нива" və Niva ticarət nişanları 1976-cı ildə "Voljsk minik avtomobilləri istehsalı üzrə birliyi" tərəfindən qeydə alınıb.

"NİVA"nın DÜNYA NAİLİYYƏTLƏRİ

- Hündürlük dünya rekordu: 1998-ci ildə "Niva" Everest yaxınlığındakı düşərgəyə 5200 m, 1999-cu ildə isə Himalayda dəniz səviyyəsindən 5726 m yüksəkliyə qalxdı;

- "Niva" Şimal qütbünü fəth etdi - 1998-ci ilin aprel ayında beynəlxalq paraşüt aksiyası əsnasında VAZ-2131-i "Niva"nı paraşütlə atdılar, buz üzərinə enişdən sonra müəyyən edilmiş marşrutu müvəffəqiyyətlə keçdi;

- Antarktidada yerləşən "Bellinshauzen" rus qütb stansiyasında "Niva" 12 il xidmət etdi, burada yollar prinsipdə yoxdur. Tolyatti nəqliyyat vasitəsi malların və gəmilərinin daşınması üçün -54 ilə +40 dərəcə arasında olan temperaturda istifadə olunmuşdur. Avtomobilin ümumi yürüşü 11,800 km;

- 1999 və 2000-ci illərdə "Niva" bazasında yaradılan "Lada-Niva-Marş" qar - bataqlıq keçicisi iki dəfə Şimal qütbünü fəth etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR