Slimfit
  1. AVTO VƏ MOTO

Nissan iki mühərrikli tam ötürücülü elektromobil hazırladı

Nissan iki mühərrikli tam ötürücülü elektromobil hazırladı
Sakura

Nissan iki mühərrikli tam ötürücülü elektromobil hazırladı

Ens.az xəbər verir ki, eksperimental prototip sonuncu nəsil Nissan Leaf e+ əsasında hazırlanıb.

Standart hetçbek arxa oxu hərəkətə gətirən ikinci elektrik mühərrikini əldə edib. Beləliklə yapon şirkəti tam ötürücü sistemini reallaşdıra, həmçinin maşının yürüş xarakteristikaları və rahatlığını yaxşılaşdıra bildi.

Bərpa sistemi hər iki elektrik mühərrikindən istifadə edir, bu da yavaşlama zamanı uzununa səthdə avtomobilin qıvrılmasını azaldır. Sürətlənmə də fırlanma anının azaldılması hesabına daha rahatdır. İkiqat mühərrikli tərtibat dörd təkərin hər birinin müstəqil əyləcindən istifadə edilməsi və oxlar arasında fırlanma anının paylanması funksiyasından istifadə etməyə imkan verdi, bu da idarəni yaxşılaşdırdı.

308 at gücünə malik iki mühərrikli tam ötürücülü Nissan Leaf e+ adi hetçbekdən genişləndirilmiş təkər tağları və ralli şinlərinə malik yeni disklərlə fərqlənir. Salonda 12,3 düymlü informasiya displeyi əlavə olunub ki, burada real vaxt rejimində tam ötürücülü idarəetmə sisteminin işi də daxil olmaqla avtomobil haqqında məlumatlar göstərilir.

Nissan iki mühərrikli tam ötürücülü elektromobilin kütləvi perspektivi haqqında heç bir məlumat vermir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR