Slimfit
  1. AVTO VƏ MOTO

Nio şirkəti yeni kupe-krossoverini təqdim edib

Nio şirkəti yeni kupe-krossoverini təqdim edib
Sakura

Nio şirkəti yeni kupe-krossoverini təqdim edib

Çin Nio startapı «Nio Günləri» tədbirində EC6 elektrik kupe-krossoverini təqdim edib. Tədbir çərçivəsində, həmçinin yenilənmiş Nio ES8 bayraqdar krossoverinin və 100 kilovat-saatlıq tutumlu yeni batareya bloku nümayiş etdirilib.

Kupeşəkilli Nio EC6 krossoveri Nio markasının üçüncü istehsal modelidir. Texniki cəhətdən yeni avtomobil standart ES6 modelindən fərqlənmir. Krossover standart olaraq 435 at qüvvəsi və 610 Nm fırlanma anı hasil edən iki elektromotor ilə təchiz edilir. Nio ES6 modelinin daha güclü Performance modifikasiyası isə 544 qüvvəsi və 725 Nm fırlanma anına malik olan güc qurğusu ilə təklif edilir. İki krossover arasında dizayn fərqi arxa dirəyin formasındadır. 

Krossoveri yeni maye soyudulan termostatik batareya ilə təchiz etmək olar. Tutumu 100 kilovat-saat olan batareya krossoveri 615 kilometrə (NEDC dövrü) qədər yürüş məsafəsi ilə təmin edir.

Kupe-krossover 0,29-dan 0,27-ə endirilmiş aerodinamik müqavimət əmsalına və sahəsi 2,1 kvadrat metr olan panoramik şüşə dama malikdir. Nio EC6 kupe-krossoverinin qiyməti və daha ətraflı xarakteristikaları gələn ilin iyul ayında açıqlanacaqdır. Kupe-krossun Çin bazarında satışlarına 2020-ci ilin sentyabrında başlanacaqdı.

 
 
 
 
 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR