Slimfit
  1. DÜNYA

Nikolun vədləri yalan çıxdı: Ermənistan çökür

Nikolun vədləri yalan çıxdı: Ermənistan çökür
Sakura

Nikolun vədləri yalan çıxdı: Ermənistan çökür

Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra 2050-ci ilə qədər verdiyi vədlərə əməl etmədiyi - istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən heç bir problem həll olunmadığı üçün çalışır ki, müxtəlif variantlara əl atsın.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev son zamanlar Ermənistanda müzakirə mövzusuna çevrilən Nikol Paşinyanın elan etdiyi 2050 – Strateji İnkişaf Sənədi barədə danışarkən deyib. O, Ermənistan rəhbərliyinin, eyni zamanda Paşinyanın qeyri-adekvat açıqlamalarının sadəcə olaraq siyasi manipulyasiyalardan başqa bir şey olmadığını bildirib:

“Paşinyan bütün bu proseslərdə hətta güc strukturlarının istefasını belə ön plana çəkdi ki, Ermənistan vətəndaşının başı digər məsələlərə qarışsın. O, iqtisadi sahədə hər hansı bir konkret nəticə əldə edə bilmədiyindən müxtəlif yollara əl atır. Bununla heç bir nəticə əldə oluna bilməz. Çünki Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə onun nə konkret iqtisadi, nə siyasi, nə də hərbi doktrinası və ya planı var idi. Bunlar da olmadıqca sözügedən vədləri həll etmək mümkün deyil. Son vaxtlar baş verən münaqişələr, eyni zamanda, qızıl yatağının istismarı ilə bağlı ekoloji problemlər, Köçəryan məsələsini gündəmə gətirməkdə məqsəd ondan ibarətdir ki, Paşinyan verdiyi vədlərə əməl edə bilmədiyi üçün Ermənistan vətəndaşını aldatmağa çalışır. Paşinyan Ermənistan vətəndaşına verdiyi sözlərin üstündə durmadığına görə məhz dövlət strukturlarını ittiham edir, eyni zamanda, Rusiya və Qərb arasında konkret mövqe seçə bilmir. Buna görə də Ermənistana sərmayələr qoyulmur, iqtisadiyyatda hər hansı bir irəliləyiş yoxdur”.

Politoloqun sözlərinə görə, beynəlxalq ictimaiyyətdən maliyyə dəstəyi uman bir dövlətdə məvaciblərin 7 dəfədən çox artırılacağı ilə bağlı verilən vəd əlbəttə ki, yalandır:

“Məvacibin artırılması üçün mütləq şəkildə iqtisadiyyat işləməlidir, büdcə formalaşmalıdır. Ermənistanın büdcəsini formalaşdıran hər hansı bir addım atmaq üçün xarici sərmayədarlardan istifadə etmək lazımdır. Demək olar ki, bütün Ermənistan ərazisində olan infrastrukturlar xarici investorlara və digərlərinə satılıb. Hətta böyük oliqarxlar onları zəbt edib. Bunun yenidən düzəldilməsi, ortaya qoyulması çətin məsələdir. Baxmayaraq ki, Paşinyan bunların hamısını həll edəcəyinə söz verib, amma bu, inandırıcı görünmür. Hakimiyyət möhkəmlənmədiyinə görə heç bir xarici sərmayədar oraya investisiya qoymayacaq. Bu olmadıqca büdcə formalaşmayacaq. Büdcənin formalaşmaması da iqtisadi inkişafın əleyhinə olan məsələdir. Bunların hamısı Paşinyanın iqtisadi konsepsiyasının olmamasından irəli gəlir.

Paşinyan vəziyyətin bu səviyyədə olmasına görə əvvəlki iqtidarı ittiham etsə də, ən böyük günahkarlardan biri məhz onun özüdür. Hakimiyyətə gəlməsindən bir ildən çox keçsə də, konkret olaraq ortada hər hansı bir addım yoxdur”.

A.Nağıyev Paşinyanın verdiyi vədlərin həyata keçməməsinin onun diaspor siyasəti ilə də bağlı olduğunu söyləyib:

“Məlum məsələdir ki, Ermənistanı təmin edən ən ciddi mənbə ölkə xaricində yaşayan ermənilərdir. Paşinyan elə başa düşürdü ki, Ermənistan diasporundan tam şəkildə istifadə edə biləcək. Dünya Bankının hesabatına əsasən, 2000-2018-ci illər ərzində Ermənistana göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsi - təxminən 70 faizi Rusiyada yaşayan ermənilər tərəfindən göndərilib. Hesabatda həmçinin qeyd olunur ki, 2014-cü ildən etibarən pul köçürmələri azalıb.

Son zamanlar Rusiyaya qarşı da sanksiyalar tətbiq olunur. Ona görə də Rusiya Ermənistan iqtisadiyyatı ilə bağlı problemləri tam şəkildə həll edə bilmir. Ermənistan isə iqtisadi vəziyyətini düzəltmək üçün İran, Gürcüstan və digər dövlətlərdən yararlanmağa çalışsa da, heç bir dövlət ona köməklik etmir. Buna görə də Ermənistan büdcəsinə daxilolmalar azalıb. Rusiya iqtisadiyyatında baş verən proseslər də Ermənistana təsir edir. Hətta Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir.

Bütün bunların başında da Paşinyanın iqtisadi konsepsiyasının olmaması dayanır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR