Slimfit
  1. İDMAN

Nikola Yurçeviç: 'Bu gün bütün ürəyimlə azərbaycanlıyam'

Nikola Yurçeviç: 'Bu gün bütün ürəyimlə azərbaycanlıyam'
Sakura

Nikola Yurçeviç: 'Bu gün bütün ürəyimlə azərbaycanlıyam'

"Nəticəyə və komandamın çıxışına görə xoşbəxtəm. Oyunçularımızla qürur duyuram. Heyətində ulduzlar olan dünya ikincisinə qarşı oynadıq. Azarkeşlərə təşəkkür edirəm. Xüsusilə də ikinci hissədə bizə verdikləri dəstək möhtəşəm idi".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı bərabərlikdən sonra təşkil edilən mətbuat konfransında söyləyib.

53 yaşlı xorvatiyalı mütəxəssisin sözlərinə görə, müsbət nəticəyə görə çox sevinclidirlər:

"Mən xorvatam, amma bu gün bütün ürəyimlə azərbaycanlıyam. Son vaxtlar yaxşı oyuna rəğmən nəticə qazan bilmirdik. Amma bu gün bunu bacardıq. Bütün heyət və azarkeşlər bu sevincə layiq idi. Emosionalam, bir az danışmaqda çətinlik çəkirəm".

Yurçeviç Azərbaycan millisinin qarşısında iki yol olduğunu deyib:

"Tənqid üçün açığam. Başqa oyunçularla daha yaxşı nəticə qazanmaq olardı, ya olmazdı - bunu demək olmaz. Həqiqətən də Macarıstan və Slovakiyaya qarşı zəif çıxış etdik. Əsas problemimiz fiziki hazırlığın aşağı olmasıdır. Bu gün iki yolumuz var. Birincisi, nəyin bahasına olur-olsun nəticə qazanmaq. İkincisi, gələcəyi düşünmək. Bu gün Ramil Şeydayev, Ömər Buludov, Anton Krivotsyuk, Mahir Emreli, Renat Dadaşov və digər gənclərimiz var. Onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər".

 

Baş məşqçi qapıçı Emil Balayevin çıxışını möhtəşəm adlandırıb:

"Bu gün Balayevin etdikləri mükəmməl idi. Xüsusən də oyunun əvvəlində inanılmaz işlər gördü, komandanın köməyinə çatdı. Gələn oyunlardan nə gözləyək? Bu gün favoritlərə qarşı oynayırıq. Belə halda meydanda 10 yaxşı, 1 nəfər isə əla oyunçunuz olmalıdır ki, ağılagəlməzləri etsin. Bu gün həmin oyunçu Balayev idi. Emin Mahmudovu da çox bəyənirəm. Amma biz balansı da gözləməliyik. Emini daha çox pleymeyker kimi görürəm. Amma bu gün biz nə qədər topla oynayacaqdıq. Almeyda zədəli olmasaydı, meydana buraxardım".

Xorvatiyalı mütəxəssis mətbuatı gənc futbolçulara dəstək olmağa səsləyib:

"Planımız təkcə ürəklə yox, ağılla oynayan futbolçulara sahib olmaqdır. Top səviyyəli, bu iki xüsusiyyətin cəmləşdiyi futbolçu yetişdirmək çətindir. Top-komandalara qarşı oynayırsansa, səhvlər də olacaq. Sizlərdən xahişim odur ki, Rahil Məmmədov, Bəhlul Musatafazadə kimi futbolçulara dəstək olasınız. Bəzən potensial bəs etmir, gərək şans da verəsən. Renat Dadaşovu meydana buraxanda, bunu fərqli qarşılayanlar oldu. Amma o, bir müddət əvvəl İngiltərə Premyer Liqasında çıxış edən "Vulverhempton"a keçdi. Demək ki, onun qabında nəsə var".

Yurçeviç "xorvatiyalı olduğunuz üçün həmyerlilərinizə qarşı daha yaxşı hazırlaşmışdınız" sualına belə cavab verib:

"Bəlkə də, səbəblərdən biri budur. Xorvatiyanın mentalitetini bilməyim üstünlükdür. Slovakiya və Macarıstana qarşı da mümkün qədər yaxşı hazırlaşmışdıq. Biz xüsusilə slovakların üstünlüyünü bilirdik ki, standart vəziyyətlərdə güclüdülər. Bizim belə oyunçularımız var, ancaq bəs etmir. Əvvəl də demişdim ki, Slovakiyadan ikinci qolu buraxdıqdan sonra geridönüş çətin idi. Fərq az olanda oyuna qayıtmaq daha asan olur. Bu gün də bunu gördük. Qol buraxdıqdan sonra bərabərlik qolunu vurduq, qələbə üçün də çalışdıq. Bir səhv həlledici ola bilir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR