Dərc edildi: Baxış sayı: 1006
Nikola Teslanın oğurlanan sənədləri işıq üzü görəcək
Sosial şəbəkələrdə yayılan xəbərə görə, 2020-ci ildə ABŞ-ın Federal Təhqiqat Bürosu vaxtilə Nikola Teslanın xəfiyyələr tərəfindən ələ keçirilən sənədlərini yayacaq.
Sonxeber.az-ın məlumatına görə, Tesla XX əsrin ən böyük alimi sayılır.
Amma başqa bir mənbənin məlumatına görə, FTB sadəcə az əhəmiyyəti olan sənədləri yayacaq. Bildirilir ki, serb əsilli alim öz kəşfləri ilə zamanı qabaqlamışdı və onun bir çox kəşfi dünya üçün təhlükə kəsb edir. Hətta amerikalıların internet ideyasını ondan oğurladığı bildirilir.
Qeyd edək ki, Tesla ölümündən əvvəl bəzi kəşflərinin təhlükəli olduğunu dərk edərək sənədləri məhv edib. O, təkcə alim yox, həm də ezoterik idi və gələcəyi görə bilirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət