Dərc edildi: Baxış sayı: 839
Nikol Rusiyanın təkidi ilə onu vəzifədən çıxarır
Ermənistanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Ovanes İgidyan tezliklə heyətdən çıxarılacaq.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “İrates” qəzeti yayıb. Qəzet bu qərara səbəb kimi İgidyanın nümayəndə heyətinin rəhbəri Ruben Rubinyanla münasibətlərinin pis olmasının göstəriləcəyini bildirib. Əslində isə İgidyanın nümayəndə heyətinin tərkibindən çıxarılmasını Rusiyanın tələb etdiyi bildirilib.
Qeyd edək ki, İgidyan Ermənistan parlamentinin beynəlxalq münasibətlər komissiyasının sədr müavinidir. Bundan öncə o, gündəmə Rusiya nümayəndə heyətinin AŞPA-ya geri qaytarılması ilə bağlı keçirilən səsvermədə bitərəf qalması ilə gəlmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət