Slimfit
  1. SİYASƏT

Nikol Paşinyandan etiraf: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”

Nikol Paşinyandan etiraf: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”
Sakura

Nikol Paşinyandan etiraf: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan torpaqlarının işğal olunması faktını etiraf edib.

Virtualaz.org “Vestnik Kavkaza” portalına istinadən bildirir ki, o, bununla bağlı Münxen Təhlükəsizlik Konfransında iştirak üçün səfər etdiyi Almaniyada danışıb.

Konfrans çərçivəsində keçirilən görüşün iştirakçısı Gülnar Qurbanova Paşinyana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sual verib.

O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir.

Bu suala cavab verən N.Paşinyan etiraf etməli olub: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”.

Ancaq o, işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına nə vaxt və necə qayıda biləcəkləri barədə sualı cavabsız qoyub.

Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışarkən daha bir etiraf edib. O deyib ki, konstruktiv addımlar atmaqdan çəkinir, çünki bu, onun Ermənistanda hakimiyyətini itirməsinə səbəb ola bilər.

Sualları cavablandıran Nikol Paşinyan həm tarixi faktlar, həm də Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud vəziyyət barədə, həmişə olduğu kimi, yenə yalan söyləyib və faktiki olaraq Ermənistanın törətdiklərində, ənənəsinə uyğun, Azərbaycanı ittiham edib. Sələflərinin-Qarabağ uğrunda müharibənin təşəbbüskarı olan Serj Sarkisyan və Robert Köçəryanın ardınca o, işğal edilmiş Azərbaycan ərazilərini “təhlükəsizlik kəmər” adlandırıb. Beləliklə, o, alman ictimaiyyətini inandırmağa çalışıb ki, guya münaqişədə təcavüz nümayiş etdirən Yerevan yox, Bakıdır.

Qeyd edək ki, Paşinyana verilən sualların əksəriyyəti konkret olaraq Dağlıq Qarabağ münaqişəsi, daha sonra Ermənistanın Rusiya ilə münasibətlərinə həsr olunub. Baş nazir ilk növbədə respublikanın iqtisadi və sosial uğurları barədə danışacağını gözləsə də, bu mövzu iclasdakı alman iştirakçıları üçün maraqlı olmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR