Dərc edildi: Baxış sayı: 829
Nikol Paşinyan vəzifəsindən istefa verdi
Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsindən istefa verdiyini bildirib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində xalqa videomüraciətində deyib.
"İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gün vəzifəmdən istefa verirəm", - o deyib.
Paşinyan daha əvvəl Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. O bildirib ki, parlamentin buraxılması mexanizmini işə salmaq üçün apreldə rəsmən istefaya gedəcək, lakin seçkilərə qədər hökumətlə rəhbərlik edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət