Slimfit
  1. SİYASƏT

Nikol Kremlin razılığı ilə “oynayır” – Gündəmi dəyişən baxış

Nikol Kremlin razılığı ilə “oynayır” – Gündəmi dəyişən baxış
Sakura

Nikol Kremlin razılığı ilə “oynayır” – Gündəmi dəyişən baxış

Əminəm ki, Rusiya və Ermənistan həvəslə bir az qəribə oyun oynamağa davam edir, hamını “dalaşdıqlarına” inandırmağa çalışırlar...

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya və Ermənistan arasında münasibətlər haqda qeyd edib.

“Etiraf etməliyəm ki, onlar o qədər həvəslə və o qədər böyük “siyasi kütlə”nin iştirakı ilə oynayırlar ki, bir çoxları, o cümlədən biz də bu “ermənicə boşanmadan” “dividend” hesablamağa başlamışıq. Mən bütün bunlara həddən artıq güvənən “analitiklərə” sakitləşməyi və təbliğat təxribatına uymamağı tövsiyə etmək istərdim”, - o bildirib.

Zülfüqarov xatırladıb ki, “qərbpərəst sorosçu” Nikol Paşinyan hələ də ucadan və emosional danışır:

“Ancaq yalnız Zvartnotsdan bir neçə sərhədçi-fsbeşnikin çıxarılması və Qazaxıstanda özünün tarixi ərzindəki yeganə “missiyasın”dan sonra siyasi baxımdan ölən KTMT-də Ermənistanın üzvlüyünü sual altına almaq cəhdi...

Əvəzində sakit səslə danışdığı və ya susduğu məsələlər:

- Gümrüdəki hərbi baza;

- hava qrupu, yəni Zvartnotsdakı baza;

- birgə komandanlığı olan erməni-rus birləşmiş qoşunları;

- vahid komandanlıqla birgə hava hücumundan müdafiə;

- Ermənistanın bütün, o cümlədən Azərbaycanla şərti sərhədlərini qoruyan Rusiya Federasiyası FTX-nin sərhəd dəstələri;

- onlarla dövlətlərarası hərbi və hərbi-texniki müqavilə və sazişlərin qüvvədə qalması;

- yüzlərlə iqtisadi saziş, o cümlədən Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində çoxtərəfli sazişlər.

Qısası, Ermənistan Rusiya Federasiyasının təsirindən çıxmağa hələ çox uzaqdır.

Bəs bu danışılmış sirk çadırı nə üçündür?

Sadəcə, Rusiya Federasiyası öz “qulpsuz çamadanı”na yemək üçün Qərbdən pul dilənməyə icazə verir.

Bəs Qərb?

O da hər şeyi başa düşür və bu tamaşada “zalım müsəlman azərbaycanlılardan və türklərdən” xilaskar “xristian bacı” cildində da olsa, iştirak edir.

Beləliklə, 5 apreldə (Brüsseldə keçiriləcək Paşinyan-Blinken-Leyen görüşündə - red.) elan ediləcək ki, “pis uşaq Nikol” Kremlin razılığı ilə növbəti dəfə “bir banka mürəbbə və bir səbət peçenye” ilə mükafatlandırılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR