Dərc edildi: Baxış sayı: 299
Nigeriyada silahlı şəxslər 100-dən çox qadını qaçırıblar
Nigeriyanın şimal-şərqində "Boko Haram" qruplaşmasının silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə BBC yerli sakin Qambora Nqalaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, terrorçular 117 qadını əsir aparıblar.
Bir gün əvvəl "Agence France-Presse" 47 qadın oğurlandığını bildirmişdi.
Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir.
Nigeriyada ən böyük adam oğurluğu 2014-cü ildə baş verib, həmin vaxt silahlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qız oğurlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət