Slimfit
  1. CƏMİYYƏT

“Nigar Rəfibəylinin həyat yoldaşı Rəsul Rza olmasaydı, həmin şeiri yazmazdı”

“Nigar Rəfibəylinin həyat yoldaşı Rəsul Rza olmasaydı, həmin şeiri yazmazdı”
Sakura

“Nigar Rəfibəylinin həyat yoldaşı Rəsul Rza olmasaydı, həmin şeiri yazmazdı”

Xalq şairi Vahid Əziz Moderator.az-a açıqlamasında qadınların şeirlərdə, mahnılarda kişiləri vəsf etməsindən danışıb. O bildirib ki, bütün ədəbiyyat, mədəniyyət qadın gözəlliyi üzərində qurulub: 
 
“Qadının kişini istər şeirdə, istərsə də mahnıda tərənnüm etməsi birmənalı qarşılanmır. Məsələn, qadının “ay dəli ceyran” oxuması gülüş doğurur. Digər tərəfdən, kişi qadını tərənnüm edəndə çəmənə, çiçəyə, gülə, kəpənəyə, qönçəyə və s. bənzədir. Qadın isə kişini bir dəfə palıda, şama, küknara bənzədəcək, bəs sonra? Axı kişiyə ənlik-kirşan, boyaq yaraşmır”. 
 
Xalq şairinin fikrincə, həm də qadının qarşısını kəsən bir mərhələ var: “Qadın nə qədər açıq-saçıq danışmaq istəsə də, o mərhələni keçə bilmirlər. Kişilərə isə o mərhələ mane olmur. Məsələn, mən yazıramsa ki, “hər gecə bu vaxt sənə zəng edirdim, zəng gəlirdi səndən mənə”, mənə bu barədə irad tutan olmayacaq. Ancaq qadın bunu yazsa, həyat yoldaşı yanlış anlayacaq”. 
 
“Rəhmətlik Nigar Rəfibəylinin sözlərinə mahnı var: “Alagözlüm, səndən ayrı gecələr”. Hamı bilir ki, bu şeir Rəsul Rzaya yazılıb, rəhmətlik alagözlü kişi idi. Nigar xanımın həyat yoldaşı Rəsul Rza olmasaydı, o, əsla belə şeir yazmazdı. Çünki Nigar Rəfibəyli, çox abırlı, ismətli xanım idi” – deyə V.Əziz vurğulayıb. 
 

 

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR