Slimfit
  1. AZƏRBAYCAN

Niderland mediası Azərbaycandan yazdı - “Möcüzələr ölkəsi"

Niderland mediası Azərbaycandan yazdı - “Möcüzələr ölkəsi"
Sakura

Niderland mediası Azərbaycandan yazdı - “Möcüzələr ölkəsi"

Bu günlərdə Niderland mətbuatında, həmin ölkədə yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, bu ölkədə fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasovun Azərbaycandan, ölkəmizin turizm imkanlarından bəhs edən yazısı dərc edilib.

Publika.az-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. “Möcüzələr ölkəsi” sərlövhəsi ilə dərc edilən yazıda qeyd olunub ki, Azərbaycanı dünyada çox vaxt neft ölkəsi kimi tanıyırlar. Ancaq bu ölkəni həm də dünyada tanınan şairləri, yazıçıları, bəstəkarları var. Daha sonra müəllif Nizaminin, Füzulinin, Nəsiminin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin adlarını çəkib. Son vaxtlarda Azərbaycana çoxsaylı turistlərin gəldiyini qeyd edən müəllif ölkəmizə gələn turistlərin marağını cəlb edən Yanar Dağdan söhbət açır, Qubaya, Qusara olan səfərlərindən bəhs edir. Yazının əsas hissəsində isə Azərbaycanımızın qədim yerlərindən biri olan Şəkidən bəhs olunur. Şəki Xan Sarayından geniş söhbət açan müəllif qeyd edib ki, saray 1797-ci ildə inşa edilib və sarayın özəlliklərindən biri də budur ki, pəncərələrin hazırlanmasında mismardan, yapışdırıcıdan istifadə edilməyib. Şəkinin qədim küçələrindən bəhs edən soydaşımız şəkililərin çox yardımsevər, qonaqpərvər olduğundan da bəhs edərək qeyd edib ki, əgər küçədə kimdənsə bir ünvan soruşsan həmən şəxs bərabər axtardığın ünvana qədər sənə bələdçilik edə bilər. Müəllif Şəkiyə gəlib Şəki paxlavasının dadına baxmamağın mümkünsüz olduğu qeyd edir.

“Azərbaycan elə bir ölkədir ki, ora bir dəfə getdinsə yenə də getmək istəyəcəksən. Şəkini də bu sıraya daxil etmək olar, hər səfərində yeni bir şey görəcəksən”, - deyə soydaşımız yazını bitirir.

Yazını buradan oxuya bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR