Slimfit
  1. CƏMİYYƏT

Nəzrin Mustafayeva: “Vaksin olunan nahiyəyə su vurmaq olmaz” kimi fikirlər tamamilə yanlışdır”

Nəzrin Mustafayeva: “Vaksin olunan nahiyəyə su vurmaq olmaz” kimi fikirlər tamamilə yanlışdır”
Sakura

Nəzrin Mustafayeva: “Vaksin olunan nahiyəyə su vurmaq olmaz” kimi fikirlər tamamilə yanlışdır”

“Kimlərə vaksin vurulmasının tövsiyə edilmədiyinə dair Səhiyyə Nazirliyi tərəfindən təlimat hazırlanıb”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, orada istehsalçı şirkətin bu istiqamətdə tövsiyələri də yer alır:

“Vaksinasiya üçün əks göstərişlər orada açıq şəkildə qeyd edilib. Bu istiqamətdə sualları olan şəxslər vaksinasiya olunacaqları tibb müəssisəsinə müraciət edə bilərlər. Həmin müəssisədə müvafiq müraciətə baxılacaq”.

O həm də qeyd edib ki, “vaksin olunan nahiyəyə su vurmaq olmaz” kimi fikirlər də yanlışdır:

“Bu fikirlərin elmi cəhətdən heç bir sübutu yoxdur. Tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. İlk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşana bilər. Bu isə təbii haldır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR